İspaniya Superkuboku uğrunda oyunların tarixi müəyyənləşib

İspaniya Superkuboku oyunlarının keçiriləcəyi tarixlər müəyyənləşib.

Olimpiya.az xəbər verir ki, "Real" və "Barselona" arasında baş tutacaq oyunlar avqustun ortalarına təsadüf edəcək.

Avqustun 13-də "Kamp Nou"da qarşılaşacaq tərəflər, 3 gün sonra Madriddə münasibətlərini aydınlaşdıracaq.

İspaniya Futbol Federasiyası 2017/18 mövsümünün start götürəcəyi və başa çatacağı tarixləri də açıqlayıb. Avqustun 19-da başlayacaq çempionata mayın 20-də yekun vurulacaq. İspaniya Kubokunun finalı aprelin 21-ə planlaşdırılır.