"Qəbələ" - "Yagelloniya" matçında qollu bərabərlik

Bu gün cari mövsüm ölkəmizi avrokuboklarda təmsil edən “Qəbələ” mübarizəyə qoşulub. 
 
Olimpiya.az xəbər verir ki, Roman Qriqoruçukun komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu Bakıda keçirib.
 
Son 2 ildə Avroliqanın qrup mərhələsində çıxış edən “Qırmızı-qaralar”ı Bakıda Polşa “Yagelloniya”sı ilə çətin sınaqdan 1:1 hesablı bərabərliklə ayrılıb.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
13 iyul
 
“Qəbələ” - “Yagelloniya” - 1:1
Qollar:
Stivn Jozef-Monroz, 47 // Taras Romançuk, 15
Baş hakim: Marco Fritz
Baş hakimin köməkçiləri: Holger Gunter Henschel, Marcel Pelgrim
Dördüncü hakim: Guido Vinkmann (hamısı Almaniya)
Bakı. “Bakcell Arena”