"Kəpəz"in rəqibləri müəyyənləşdi

Bakıda təlim-məşq toplanışında olduğu müddətdə “Kəpəz”in əvəzedici heyəti 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
 
Olimpiya.az xəbər verir ki, artıq gəncəlilərin rəqibləri də bəllidi.
 
Belə ki, “sarı-göylər” iyulun 13-də “Qarabağ”, 17-də “Qəbələ” və ayın 20-də “Zirə”nin əvəzedici heyətləri ilə qarşılaşacaq.

Yoxlama oyunları “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.