Ronaldonun yaxtasında polislər axtarış aparıb

"Real Madrid"in portuqaliyalı ulduzu Kriştianu Ronaldonun yaxtası silahlı polislər tərəfindən yoxlanılıb.

Olimpiya.az xəbər verir ki, insident Baler adalarının yaxınlığında olub.

İspaniya gömrük xidmətinin 3 əməkdaşı "Aya London" adlı yaxtada yoxlanış aparıb. Axtarış təxminən 30 dəqiqə davam edib. 32 yaşlı futbolçu polislərlə ünsiyyət qurmayıb və axtarışın səbəbi ilə maraqlanmayıb.

Məlumata görə gömrük əməkdaşları Ronaldonun nümyəndəsi tərəfindən təqdim olunan sənəd axtarırmış.