Sabiq FİFA məmuru dünyasını dəyişib

FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer vəfat edib.

Olimpiya.az xəbər verir ki, amerikalı funksioner 72 yaşında dünyasını dəyişib. Korrupsiya qalmaqalında adı hallanan və 2015-ci ildə ömürlük futboldan uzaqlaşdırılan Ç.Bleyzer xərçəngdən əziyyət çəkirdi. O. ömrünün son aylarında əlil arabasına məhkum olunmuşdu.

Bleyzer 1997 - 2003-cü illərdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü, 1990-2011-ci illərdə Karib hövzəsi, Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının (CONCACAF) baş katibi vəzifəsində çalışıb. O, iki il öncə 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün rüşvət aldığını və daha 10 rüşvət olayında iştirakını boynuna alıb.