Dünyanın ən dəyərli futbol klubu "Mançester Yunayted"dir

"Forbes" jurnalı 2017-ci ilin ən dəyərli 50 idman klubunun siyahısını yayımlayıb.

Olimpiya.az xəbər verir ki, 1-ci pilləni 4.2 milyard dollar dəyəri olan "Dallas Kovboys" tutub. Reqbi klubunun qiyməti ötən ilə nisbətən 5% artıb. Amerika Beysbol Liqası (MLB) təmsilçisi "Nyu York Yankees" 3.7 milyard və "Mançester Yunayted" 3.69 milyard dollar dəyərlə ilk "üçlüy"ü qapayıb. Sonrakı yerlərdə İspaniya nəhəngləri "Real" və "Barselona" qərarlaşıb.

İlk onluq belədir:

1. "Dallas Kovboys" (Amerikan futbolu): 4,2 milyar dolar

2. "Nyu York Yankees" (Beysbol): 3,7

3. "Mançester Yunayted" (Futbol): 3,69

4. "Barselona" (Futbol): 3,64

5. "Real Madrid" (Futbol): 3,58

6. "Nyu Enqland Patriots" (Amerikan futbolu): 3,4

7. "Nyu York Kniks" (Basketbol): 3,3

8. "Nyu York Giants" (Amerikan futbolu): 3,1

9. "San Fransisko 49ers" (Amerikan futbolu): 3

10. "Los Angeles Leykers" (Basketbol): 3