Millimizin üzvü İtaliya A Seriyasında

Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvü Yelizaveta Səmədova legioner həyatı yaşayacaq.

Olimpiya.az xəbər verir ki, “Telekom”un voleybolumuza bəxş etdiyi hücumçu növbəti mövsüm A seriyasında çıxış edən “Savino Del Bene”də forma geyinəcək.

Karyerasında yüksəlməkdə davam edən Səmədova Bakıda keçirilən seçmə mərhələnin parlayan ulduzu olub.