İslamiada: Azərbaycan qalib oldu

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Olimpiya.az xəbər verir ki, yarışın 10-cu günü medal sıralamasında 1-ci olan ölkəmiz bugünkü nəticələrindən asılı olmayaraq, ilk yeri özü üçün  təmin edib.

Yığmamızın hesabında 161 medal var. Bunlardan 75-i qızıl, 50-si gümüş, 36-ıbürüncdür. Bu göstəriciyə görə komandamız rəqibləri üçün əlçatmazdır.

Yığmamızın ən yaxın izləyisi olan Türkiyənin  68 qızıl, 63 gümüş və 54 bürünc medalı var.

Bu gün cəmi 11 medal uğrunda yarışlar keçiriləcək. Türklər 11 finaldan yalnız 5-də iştirak edəcək. Bu isə o deməkdir ki, “ay-ulduzlular” Azərbaycana çata bilməz.