Premyer Liqa: 27-ci turun hakim təyinatları

Azərbaycan Premyer Liqasında 27-ci turun hakim təyinatları açıqlanıb.

Olimpiya.az PFL-in saytına istinadən xəbər verir ki, turun mərkəzi görüşü olan "Qəbələ" - "İnter" matçı Rauf Cabbarova tapşırılıb.

Digər tayinatlar aşağıdakı kimidir:

23 aprel (bazar)

AZAL - “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
“AZAL Arena”, 17:00

“Zirə” - “Neftçi”
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Zirə Olimpiya İdman Kompleksinin stadionu, 17:00  (canlı, “CBC Sport”)

“Qarabağ” - “Sumqayıt”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
“Azersun Arena”, 17:00

24 aprel (bazar ertəsi)

“Qəbələ” - “İnter”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
Qəbələ şəhər stadionu, 14:30 (canlı, “CBC Sport”)