FİFA-nın prezidenti "Qarabağ"ı təbrik etdi

FİFA-nın prezidenti Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.
 
Olimpiya.az AFFA-ya istinadən xəbər verir ki, İnfantino məktubda dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.