Oyun zamanı öldü - Azərbaycanda

Aprelin 20-də 1993-cü il təvəllüdlü Ülvi Musayev futbol meydançasında canını tapşırıb.
 
Olimpiya.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yaşayan Ülvi Musayev stadiona futbol oynamağa gedib. Gərgin oyun ərəfəsində gəncin ürəyi fiziki yükə dözməyib.
 
İlkin ekspertizanın nəticəsində məlum olub ki, gəncin ölümünə səbəb qəfil ürək tutması olub.