"Traktorsazi" derbini udub, 2-ci pilləyə yüksəldi

İran çempionatında 28-ci tura yekun vurulub.

Olimpiya.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu doğma meydanda "İstiqlal"la qarşılaşıb. Derbi Cənubi Azərbaycan klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
 
Yeganə qolu 87-ci dəqiqədə Məhəmməd İbrahimi vurub.

Bu qələbə ilə xalını 53-ə çatdıran "Traktorsazi" 3-cü yerdən 2-ci pilləyə yüksəlib. İstiqlal" isə 51 xalla 3-cüdür.