Azərbaycan voleybolçusu Yaponiya çempionatında iki mükafata layiq görülüb

Yaponiyanın "Toyota" klubunda çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova iki mükafata layiq görülüb.

Olimpiya.az xəbər verir ki, 27 yaşlı qadın idmançı Yaponiya çempionatının əsas mərhələsinin yekununda ən yaxşı bombardir və topu oyuna daxil edən oyunçu sayılıb.

O, "6-lıq" mərhələsinin "Hisamitsu" ilə ilk tur matçından əvvəl mükafatlarını alıb. P.Rəhimova məhsuldarlığını bu görüşdə də davam etdirib. Təcrübəli voleybolçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə 41 xal toplayıb.