Azərbaycanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlandı

Qadın voleybolçular arasında 2017-ci ildə Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlanıb. Olimpiya.az xəbər verir ki, qitənin ən mötəbər turnirinə Bakıda start veriləcək.

 

Meydana öncə C qrupunun komandaları - Ukrayna və Rusiya çıxacaq. A qrupunda yer alan Azərbaycan millisi isə birinci qarşılaşmasını Macarıstana qarşı keçirəcək.

 

Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

 

 

22 sentyabr

A qrupu (Bakı)

18:00. Macarıstan - Azərbaycan

20:30. Polşa - Almaniya

 

23 sentyabr

18:00. Polşa - Macarıstan

 

24 sentyabr

18:00. Azərbaycan - Polşa

20:30. Almaniya - Macarıstan

 

25 sentyabr

18:00. Azərbaycan - Almaniya

 

B qrupu (Tiflis)

22 sentyabr

17:00. İtaliya - Gürcüstan

20:00. Belarus - Xorvatiya

 

23 sentyabr

17:00. Gürcüstan - Xorvatiya

20:00. İtaliya - Belarus

 

24 sentyabr

17:00. Gürcüstan ��" Belarus

20:00. Xorvatiya - İtaliya

 

C qrupu (Bakı)

22 sentyabr

15:30. Ukrayna - Rusiya

 

23 sentyabr

15:30. Bolqarıstan - Ukrayna

20:30. Türkiyə - Rusiya

 

24 sentyabr

15:30. Bolqarıstan - Türkiyə

 

25 sentyabr

20:30. Türkiyə - Ukrayna

 

D qrupu (Gəncə/Göygöl)

22 sentyabr

17:00. Serbiya - Çexiya

20:00. Hollandiya - Belçika

 

23 sentyabr

17:00. Çexiya - Belçika

20:00. Serbiya - Hollandiya

 

24 sentyabr

17:00. Belçika - Serbiya

20:00. Çexiya - Hollandiya

 

26 sentyabr

18:00. B2 - D3

20:30. D2 - B3

 

27 sentyabr

18:00. A2 - C3

20:30. C2 - A3

 

28 sentyabr

18:00. 1/4 final

20:30. 1/4 final

 

29 sentyabr

18:00. 1/4 final

20:30 1/4 final

 

30 sentyabr

18:00. Yarımfinal

20:30. Yarımfinal

 

1 oktyabr

16:00. Bürünc medal uğrunda

 

19:00. FİNAL