Əmir Xanın porno videosu yayıldı

Keçmiş boksçu Əmir Xanın internetdə porno videosu yayılıb. Olimpiya.az xəbər verir ki, bu görüntülərin “yenilməz savaşçı” ləqəbli çempionun toyundan sonra çəkildiyi məlum olub.
 
Belə ki, Xanın amerikalı bir modellə “Skype” vasitəsilə yarıçılpaq danışığı ABŞ-ın ən məşhur porno saytlarından birində yayımlanıb. Bu görüntülərin Əmir Xanın Faryal Maxdumla dəbdəbəli toyundan bir neçə həftə sonra çəkildiyi iddia edilib. Bu isə cütlüyün evləndiyi 2013-cü ilə təsadüf edir. Lakin həmin ittihamlar Əmir Xanın təmsilçiləri tərəfindən hələlik təsdiqlənməyib.
 
Əmir Xanın son illər sosial şəbəkələrdə paylaşdığı lüks həyat tərzi səbəbindən internet fenomeninə çevrilən Faryal Maxdum da həyat yoldaşının görüntülərini izləyib.