"Səbail" klubu daha iki futbolçu transfer edib

"Səbail" klubu qış fasiləsində daha iki transfer həyata keçirib.

Olimpiya.az xəbər verir ki, Azərbaycan çempionatıbnın I Divizion təmsilçisi gənc müdafiəçilər Eltun Yaqublu ilə Samir Əhmədovu heyətinə cəlb edib.

4 yaşlı Yaqublu "Neftçi"dən mövsümün sonuna kimi icarəyə götürülüb. Bu klubun yetirməsi olan Eltun daha öncə "Neftçi", AZAL və "Qarabağ" klublarının şərəfini qoruyub. O, eyni zamanda U-17 və U-19 millilərimizin də formasını geyinib.

22 yaşlı Əhmədovla 1 illik müqavilə imzalanıb. "Neftçi"nin yetirməsi olan Samirin son klubu "Qaradağ Lökbatan" olub. O, eyni zamanda U-17 və U-19 millilərimizin də şərəfini qoruyub.
Qeyd edək ki, "Səbail" qış fasiləsində artıq 6 yeni futbolçu ilə güclənib.