Azərbaycan çempionu "Fənərbaxça"ya uduzdu

Qadın voleybolçular arasında Çempionlar Liqasında II turun oyunları davam edir.

Olimpiya.az xəbər verir ki, ilk turda “Dabrova Qornitsa”nı (Polşa) məğlub edən “Azərreyl” bu dəfə Türkiyədə “Fənərbaxça”nın qonağı olub.
 
İstanbulda keçirilən oyunda Azərbaycan çempionu məğlub olub.
 
Çempionlar Liqası
C qrupu
II tur

“Fənərbaxça” - “Azərreyl” - 3:0 (25:12, 25:19, 25:9)
Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simone Santi (İtaliya)
İstanbul. Burhan Felek Voleybol Salonu