"Neftçi" özbəklərə məğlub oldu - VİDEO

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

Olimpiya.az xəbər verir ki, Elxan Abdullayevin komandası Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Oyun özbəklərin qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, "Neftçi” ilk yoxlama matçında Türkiyənin "Sivasspor" klubu ilə qolsuz heç-heçə etmişdi.