Premyer Liqa gələn il də tez bitəcək

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib. Olimpiya.az xəbər verir ki, ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən iclasında ölkə çempionatlarının bitmə vaxtı müəyyənləşib.

Qərara əsasən 2017/2018 mövsümündə Çempionlar Liqasının finalına qədər bütün çempionatlar başa çatmalıdır. Müəyyən istisnalar yalnız FİFA Şurasının razılığından sonra ola bilər.

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı səbəbindən bu addımı atıb. Çempionata 2018-ci il iyunun 14-də start veriləcək.

Qeyd edək ki, FİFA-nın son iclasında dünya çempionatında iştirakında dünya çempionatında 48- yığma komandanın iştirak etməsi ilə bağlı qərar qəbul edib. 2026-cı ildə keçiriləcək mundialda qərar tətbiq olunacaq. 2017/2018 mövsümündə Çempionlar Liqasının finalı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.