2026-cı il dünya çempionatı 3 ölkədə keçirilə bilər

2026-cı ildə yeni formatda keçiriləcək dünya çempionatı ilə bağlı müzakirələr davam edir. Olimpiya.az xəbər verir ki, təşkilatçıları indi də mundiala neçə komandanın ev sahibliyi etməsi düşündürür.
 
DÇ-2026-da iştirakçı sayının 32-dən 48-ə yüksəlməsi mundialın bir ölkədə keçirilməsi ehtimalını azaldır. Yeni formatda baş tutacaq ilk dünya çempionatını qəbul etməyə namizəd ölkələr də bəllidi. Belə ki, yarışın 3 ölkədə - ABŞ, Kanada və Meksikada oynanılması ehtimalı ortaya atılıb.
 
Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) prezidenti Viktor Montaqlianinin açıqlaması da bu ehtimalı gücləndirir. O, ABŞ, Kanada və Meksikanın DÇ-2026-ya birlikdə ev sahibliyi edəcəyini istisna etməyib: “Qaydalar da buna icazə verir. 48 komandalı dünya çempionatına ev sahibliyi etmək üçün infrastruktur daha güclü olmalıdı. Bu 3 ölkənin birlikdə mundialı təşkil etməsi asan olacaq”.
 
Qeyd edək ki, yeni formata əsasən, mundialda 80 oyun keçiriləcək.