Papen "Oser"in baş məşqçisi oldu

Fransa millisinin sabiq hücumçusu və 1991-ci ildə "Qızıl top"u qazanan Jan-Pyer Papen ölkəsinin ikinci divizion təmsilçisi "Oser"i çalışdıracaq.

Olimpiya.az xəbər verir ki, o, klubda həm baş məşqçi, həm də idman direktoru vəzifəsində işləyəcək.

Qeyd edək ki, "Oser" hazırda Fransa ikinci divizionunda  16 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Əlavə edək ki, Jan-Pyer Papen bundan əvvəl "Strasbur", "Lans" və "Şatoru" klublarının məşqçisi olub