FİFA-nın tədbirində bahalı saatlar oğurlandı

FİFA-nın İsveçrənin Sürix şəhərində təşkil etdiyi 2016-cı ilin ən yaxşılarının mükafatlandırılması mərasimindən öncə oğurluq hadisəsi baş verib. Olimpiya.az xəbər verir ki, qaliblərə təqdim edilmək üçün hazırlanan saatlardan 6-sı oğurlanıb.

Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Saatların FİFA-nın inzibatı binasından "Sürix TV"yə gedərkən yoxa çıxdığı bildirilir.

Qeyd edək ki, "Hublot Big Bang" saatlarının birinin dəyəri təxminən 12 min avrodur.