Azərbaycan millisi yenə qələbə qazana bilmədi

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununa çıxıb.

Olimpiya.az xəbər verir ki, C qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası Qazaxıstanla üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki. komandamız ilk görüşdə Litvaya 1:2 hesabı ilə uduzub.


Əlavə edək ki, Azərbaycan millisi qrupda son oyununu yanvarın 13-də Slovakiyaya qarşı keçirəcək.

11 yanvar

13:00.  Qazaxıstan - Azərbaycan - 2:2
Qollar:
Dinmuxammed Kaşken, 18-pen (1:0), Rafael Məhərrəmli, 45+2 (1:1), Danil Kuznetsov, 53 (2:1), Fərid Nəbiyev, 82 (2:2)