Nazim Süleymanov və Arif Əsədov eyni komandada

Futbol veteranlarından ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.

Olimpiya.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.

Turnirə yollanacaq veteran futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
Oqtay Abdullayev, Rüstəm Rəhimov, Asim Xudiyev, Hüseyn Məhəmmədov, Marat Salyanski, Arif Əsədov, Nadir Əliyev, Nazim Süleymanov, Vidadi Rzayev, Əli Abışov, Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Mahmud Qurbanov, Allahverdi Babayev.