Modriç 5-ci dəfə ən yaxşı futbolçu seçildi

Xorvatiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Olimpiya.az xəbər verir ki, Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç ötən ilin ən yaxşısı seçilib. O, ekspertlər və keçmiş oyunçular arasında keçirilən sorğuda rekord xal - 110 xal yığıb.

Bununla da, o, beşinci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, L.Modriç ötən il "Real"la Çempionlar Liqasını, Avropa superkubokunu və klublararası dünya çempionatını qazanıb.