"Real"da ciddi itki

"Real"ın futbolçusu İsko İspaniya kubokunda "Sevilya" ilə cavab oyununu buraxacaq.
 
Olimpiya.az xəbər verir ki, buna səbəb onun zədəli olmasıdır. La Liqanın 17-ci turunda "Qranada" ilə görüşdə zədələnən ispan yarımmüdafiəçi hələ də sağalmayıb.
 
Qeyd edək ki, "Sevilya" - "Real" matçı yanvarın 13-ü keçiriləcək.