Milli komandaların baş məşqçiləri məlum oldu

Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib.
 
Federasiyadan olimpiya.az-a verilən məlumata görə, ukraynalı Leonid Layinski əsas milliyə baş məşqçi təyin olunub. Nəriman Abdullayev bu komandada böyük məşqçi vəzifəsini davam etdirəcək.
 
Gənclərdən ibarət komanda Vaqif Şirinova tapşırılıb. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək.
 
Qadınlardan ibarət komanda isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək.
 
Qeyd edək ki, böyüklər arasında Azərbaycan çempionatı 25 - 30 yanvarda keçiriləcək.