"Qarabağ"ın düşərgəsində yeni futbolçu

Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ"ın düşərgəsində yeni futbolçu var.

Olimpiya.az xəbər verir ki, Rusiya Premyer Liqasında çıxış edən "Amkar" komandasının üzvü Rinat Hüseynov "köhlən atlar"ın qaldığı otelə gəlib. Bu gündən komandayla birlikdə məşqə çıxacaq Hüseynov Qurban Qurbanovun "gözünə girməyə" çalışacaq.
 
Qeyd edək ki, cari mövsümdə "Amkar"ın əvəzedici heyətində 16 oyun keçirən müdafiəçi 2 qolun da müəllifi olub.