"Neftçi İdman Klubu"nun üzvü dünya reytinq cədvəlində 3-cü oldu

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. Olimpiya.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında Azərbaycanın 9 güləşçisinin adı yer alıb.

Onlardan 7-si ilk onluğa daxil olub.

2016-cı il Rio-de-Janayero Yay Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

Onlua daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.