Elmar Qasımov Avropa çempionatına gedir

Dekabrın 17-də Estoniyanın paytaxtı Tallində şahmatın blits növü üzrə şəxsi Avropa çempionatı start götürəcək. Olimpiya.az xəbər verir ki, yarışda ölkəmiz 4 idmançı ilə təmsil olunacaq.
 
Belə ki, Estoniyada qalib adı uğrunda Teymur Rəcəbov (2800), Rauf Məmmədov (2770), Arkadi Naydiç (2647) və Elmar Qasımov (2079) mübarizə aparacaqlar.
 
28 ölkədən 519 şahmatçının qatılacağı çempionatın reytinq-favoriti Rəcəbovdu.
 
Qeyd edək ki, yarışın son qalibi Rauf Məmmədovdu.