"İlin qalibləri-2016" layihəsinin icrasına başlanıldı

İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 4-cü dəfə "İlin qalibləri" layihəsinin icrasına başlayıb.

Olimpiya.az xəbər verir ki, ilkin mərhələdə 8 nominasiya üzrə namizədlər müəyyənləşəcək.
 
1. İlin idman xadimi;
2. İlin yerli futbolçusu;
3. İlin yerli idmançısı (digər növlər üzrə);
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);
5. İlin komandası (futbol və digər növlər üzrə);
6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə);
7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə);
8. İlin idman jurnalisti.
 
Futbol nominasiyaları üzrə namizədlər dekabrın 9-da, digər növlər üzrə isə dekabrın 13-də açıqlanacaq. Bu da futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun dekabrın 8-də, taekvondo üzrə komandalararası Dünya Kubokunun isə 12-13 dekabrda keçiriləcəyi ilə əlaqədardır. Qaliblərlə yanaşı, İAM-ın xüsusi mükafatlarının sahibləri dekabrın sonlarında təşkil olunacaq təntənəli mərasimdə mükafatlandırılacaqlar.