FİFA prezidentindən daha bir yeni təklif - 48 komanda

FİFA prezidenti Canni İnfantino dünya çempionatında iştirak edən komandaların sayının artırılmasını təklif edib.

Olimpiya.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. İnfantino Boqotı universitetindəki çıxışı zamanı “Bu barədə müzakirələrə 2017-ci ildə başlayacayıq. 16 komanda bir başa, 32 komanda isə pley-of mərhələsindən sonra vəsiqə qazanacaq. Bir neçə variant var. Ən yaxşı qərarı qəbul etmək lazımdı” deyə bildirib.