2015-ci ilin rəngi
2013-cü ilin moda rəngi
2013-cü ilin küçə modası
Azərbaycanlı manekendən şok açıqlamalar!
"Miss World 2012"nin qalibi bilindi
Azərbaycanlı model jurnalistləri hədələdi
Azərbaycanda ilin libasi
FANLAR
SON DƏBLƏR
GÖZ OXŞAYAN MODALAR
Persona >>

Azərbaycanlı model jurnalistləri hədələdi


Tarix : 18-08-2012

Artıq bir neçə gündür bir neçə saytda Azərbaycanın tanınmış modeli, türkiyəli aktyor Tolga Karellə rəsmi nigahda olan Günay Musayeva haqqında silsilə yazılar dərc olunur. Baş verənlərdən stress keçirən Günay İstanbuldan milli.az-a açıqlamasında məqsədli şəkildə ona edilən virtual hücumlara son qoyulmasını istəyib.

"Məndən və əzizlərimdən əl çəksinlər! Nə üçün rahat yaşamağıma mane olurlar? Bir oğlumuz qalmışdı, indi onun da adını çirkin söz-söhbətlərdə hallandırırlar. Mənim Azərbaycan mediasında qələminə hörmət etdiyim neçə-neçə jurnalist var ki, haqqımda hansı informasiya lazımdırsa, onu da yayımlayırlar. Qeyri-peşəkar, jurnalist adına ləkə olanlar nə vaxta qədər sosial şəbəkələrə yazdığım statusları, fotoları xəbərlərinə çevirəcəklər. Ad çəkmirəm, bu, bir xəbərdarlıqdır. İnanın, artıq bezmişəm yalan xəbərləri təkzib etməkdən. Məndən başqa model yoxdur ki, ancaq hədəf olaraq Günay Musayeva seçilir? Yetər artıq, bu qədər də olmaz. Bakıya gəldiyimdə mütləq məhkəmə salonlarında salamlayacağam bir neçə jurnalisti" - deyə Musayeva bildirib.

Olimpiya.az | Ana səhifə | Persona | Hadisə | Brend | Dəb və Stil | ARXİV | e-mail

Copyright © Olimpiya
Dizayn Weblabaz