AZ | EN | RU


Futbol >>
Slavçev "Qarabağ"dan gedir? - açıqladı
14 may 2019   13:53

"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin "gong.bg" saytına müsahibə verib.

Olimpiya.az-ın məlumtına görə, Ağdam klubunun heyətində qazandığı çempionluqla bağlı təəssüratlarını açıqlayan futbolçu komandada qalıb-qalmayacağına da aydınlıq gətirib.

- Sizi çempionluq münasibətilə təbrik edirəm. Ölkə xaricində titul qazanmaq necə hissdir?

- Bu, mənim ilk çempionluğumdur. Özümü unikal hiss edirəm. Komanda ilə həftəlik məşqlər və bütün oyunlarla birlikdə mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Bu mükafat bizim səylərimizin qarşılığıdır. Mənim üçün isə həqiqətən çox xoşdur. Çünki buna qədər çempion olmamışdım. Ötən il "Apollon"la Kipr kubokunu qazananda çox sevinmişdim. Ancaq çempionatda qalib olmaq - bu, tamam fərqli duyğudur. Bir neçə il öncə "Sportinqlə də kubok qazanmışdım. Amma bəzi hadisələr həmin vaxt o sevinci tam yaşamağa mane olmuşdu. Ona görə də indi özümü daha xoşbəxt hiss edirəm.

- Mövsümün şirin anlarını xatırlayanda "Arsenal"la oyunlar da yada düşürmü?

- Əslində biz Avropa Liqasında həqiqətən çətin qrupa düşmüşdük. "Qarabağ" son 7 ildə daim avrokubokların iştirakçısı olub. Hətta birində Çempionlar Liqasının qrupuna yüksəlməyi də bacarıb. Bu mövsüm "Arsenal" və "Sportinq" kimi güclü rəqiblərlə ağır qrupda yer almışdıq. Təəssüf ki, heyətdəki xoşagəlməz itkilərə görə yaxşı rəqiblərlə matçlarda nəticələr qənaətbəxş olmadı. "Arsenal" və Sportinq"lə qarşılaşdığımıza görə gözəl hisslər yaşadım. Ümid edirəm ki, növbəti mövsümdə yenə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb, nəhəng klublarla qarşılaşacağıq və özümüzü ən yaxşı tərəfdən göstərəcəyik.

- Son həftələrdə Azərbaycan mətbuatında "Qarabağ"dan ayrılacağınızla bağlı xəbərlər dolaşır. Nəsə qaydasında getmir?

- Belə bir şey yoxdur, heç bunu şərh etməyə də dəyməz. Mən "Qarabağ"ın bir parçasıyam, hec yerə getmirəm. Klubla daha 2 illik müqaviləm var. İlk vaxtlarda mənə uyğunlaşmaq üçün bir az zaman lazım idi. Orada hamı ailə kimidir. Hər kəs mehriban və dostcanlıdır. Bu isə məni həm xoşbəxt edir, həm də sevindirir. Özümü daha yaxşı tərəfdən göstərib, komandanın növbəti çempionluğu qazanmasına kömək etmək istəyirəm.

- Azərbaycan və Bolqarıstan çempionlatlarını səviyyə və oyun üslubu baxımından necə müqayisə edərdiniz?

- Hər həftə birinci liqanın oyunlarına baxsam da, onları müqayisə etmək çətindir. Azərbaycan çempionatı 8 komanda ilə keçirilir. Ancaq orada təşkilati məsələlər daha yüksək səviyyədədir. Stadionlar kiçik olsa da, futbol üçün əlverişlidir. Azarkeşlərə gəldikdə isə düşünürəm ki, bu barədə ölkələr bir-birinə oxşayır. Çempionatın səviyyəsini şərh edə bilmərəm. Yalnız onu deyə bilərəm ki, mənim çıxış etdiyim "Qarabağ" topa daha çox sahib olmaqla, baxımlı və kombinasiyalı oyun göstərir.



Çap et | e-mail

     

2019-05-23  \"Real\" Modriçin müqaviləsini uzadır

2019-05-23  Avroliqanın Bakı finalına hakimlər üçün yeni forma

2019-05-23  “Barselona”da final öncəsi ciddi itki

2019-05-23  Azərbaycan kubokunun qalibi müəyyənləşdi

2019-05-23  \"Atletiko\"da növbəti ayrılıq

2019-05-23  \"Yuventus\" Türkiyə millisinin üzvünü transfer edir

2019-05-23  \"Neftçi\" \"Vorskla\" ilə qarşılaşacaq

2019-05-23  Hollandiyalı futbolçu \"Barselona\"da - rəsmi

2019-05-23  \"Tottenhem\"də zədəlilər məşqlərə başladı

2019-05-23  Xorvatiya kubokunun qalibi bəlli oldu

2019-05-23  \"Fənərbaxça\"dan ayrılıb, Yunanıstan klubuna keçir

2019-05-23  \"CÜDO TV\" təqdim edir: Naxçıvanda beynəlxalq turnir - VİDEO

2019-05-23  \"İnter\" Konte ilə anlaşdı

2019-05-23  UEFA-dan \"Arsenal\"a xəbərdarlıq

2019-05-23  43 yaşında karyerasını bitirdi

2019-05-23  \"Bakıdakı finalda qalib gəlməliyik\" - \"Çelsi\"nin futbolçusu

2019-05-23  \"Arsenal\" və \"Çelsi\" biletlərin bir qismini geri qaytarır

2019-05-22  Emil oynadı, komandası finala yaxınlaşdı

2019-05-22  \"Çelsi\" 37 yaşlı qapıçı ilə müqavilə yenilədi

2019-05-22  Əmrə \"Fənərbaxça\"ya qayıdır - prezident açıqladı

Bütün xəbərlər
 
23 may 2019
19:07  "Real" Modriçin müqaviləsini uzadır
18:41  Avroliqanın Bakı finalına hakimlər üçün yeni forma
18:14  “Barselona”da final öncəsi ciddi itki
17:44  Azərbaycan kubokunun qalibi müəyyənləşdi
17:19  "Atletiko"da növbəti ayrılıq
16:42  "Yuventus" Türkiyə millisinin üzvünü transfer edir
16:13  "Neftçi" "Vorskla" ilə qarşılaşacaq
15:50  Hollandiyalı futbolçu "Barselona"da - rəsmi
15:33  "Tottenhem"də zədəlilər məşqlərə başladı
15:17  Xorvatiya kubokunun qalibi bəlli oldu
15:11  "Fənərbaxça"dan ayrılıb, Yunanıstan klubuna keçir
14:52  "CÜDO TV" təqdim edir: Naxçıvanda beynəlxalq turnir - VİDEO
14:36  "İnter" Konte ilə anlaşdı
14:12  UEFA-dan "Arsenal"a xəbərdarlıq
13:48  43 yaşında karyerasını bitirdi
13:23  "Bakıdakı finalda qalib gəlməliyik" - "Çelsi"nin futbolçusu
12:29  "Arsenal" və "Çelsi" biletlərin bir qismini geri qaytarır
22 may 2019
19:56  Emil oynadı, komandası finala yaxınlaşdı
19:35  "Çelsi" 37 yaşlı qapıçı ilə müqavilə yenilədi
19:18  Əmrə "Fənərbaxça"ya qayıdır - prezident açıqladı
18:28  "Sevilya" baş məşqçisini göndərdi
17:31  Nesta istefaya göndərildi
17:06  "Qarabağ"da yeni müqavilə
16:55  38 yaşlı Adurislə yeni müqavilə imzalandı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.