AZ | EN | RU


Cüdo >>
"Tokio-2020"də tam heyətlə iştirak edəcəyimizə inanırıq" - Sadıq Sadıqov
13 may 2019   17:45

“İdmançılarımız bundan da yaxşı çıxış edə bilərdilər. Lakin nəticəni qənaətbəxş saymaq olar”.

Olimpiya.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Böyük Dəbilqənin yekunları barədə danışarkən deyib.

54 yaşlı funksioner Azərbaycan cüdoçularını qarşıda daha məsul yarışların gözlədiyini ifadə edib: "Qarşıda bizi bundan da böyük yarışlar gözləyir. 21 - 30 iyunda Minskdə II Avropa Oyunları, elcə də 25 - 31 avqustda Tokioda dünya çempionatı keçiriləcək. Daha sonra isə “Tokio-2020” Yay Olimpiya Oyunları olacaq. Bu yarışlara çox ciddi hazırlaşırıq. Uşaqların bəzilərində təlim-məşq yükləmələri vardı, yavaş-yavaş uyğunlaşırlar. Cüdoçularımızın bu cür yarışlarda, eləcə də dünya və Avropa çempionatlarında lisenziya xallarını artıracaqlarına və yığmanın olimpiadada tam heyətlə iştirak edəcəyinə inanırıq".

- Azərbaycan komanda hesabında kişilərin yarışında birinci yeri tutub. Bu, Bakıya gələn ölkərin səviyyəsi ilə bağlıdır, yoxsa yığma bir qədər artırıb?

- Bir az artırıb deyəndə ki, yığmaya gecə-gündüz qulluq olunur.

- Müsahibəyə “İdmançılarımız budan da yaxşı çıxış edə bilərdirlər” cümləsi ilə başladığınız üçün bu cür sual veririk...

- Bəli, daha yaxşı çıxış edə bilərdilər. Elmar Qasımov (100 kq), İrina Kindzerska (+78 kq) və Məmmədəli Mehdiyevdən (90 kq) qızıl medal gözləyirdik, alınmadı. Məsələ yaxşı güləşmədilər deyə, alınmadı deyil. Son 2-3 ayda çox yaxşı təlim-məşq toplanışlarında olublar. On gün əvvəl Yaponiyadan gəliblər. Orada da çox ağır məşqlər keçiblər. Yəni nəticələri qənaətbəxş saymaq olar. Amma məsəl var: "Uman yerdən küsərlər". Çox istəyirdik ki, qalib olsunlar. Alınmadı. Lakin yenə deyirəm: Əsas məsələ olimpiadaya lisenziya xallarının artırılmasıdır ki, bunu da cüdoçularımız bacardılar. "Tokio-2020"də tam heyətlə iştirak edəcəyimizə inanırıq.

- Ötən il Bakıdakı dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanmış Uşanqi Kokauri Böyük Dəbilqədə niyə iştirak etmədi...

- O, zədə alıb. II Avropa Oyunları ərəfəsində riskə atmadıq ki, zədəsi ciddiləşə bilər. Yaponiyadakı təlim-məşq toplanışında oldu, amma son 3 gündə yenə ağrıları qalxmışdı. Onu tam şəkildə "Minsk 2019"a hazırlamaq üçün saxladıq.

- 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) son yarışlardakı çıxışı sizdə narahatlıq yaratmır?

- Çox narahatlıq yaradır. Düzdür, Rüstəm tam qaydasındadır, onunla bağlı heç bir problem yoxdur. Nizam-intizamlı, özünə baxan idmançıdır. Çıxışı da göz qabağındadır. Elmarın şəxsi xarakterli müəyyən problemləri var. Yəqin ki, bununla əlaqədardır. Onun da yaxınlarda öz sözünü deyəcəyinə inanıram. Qasımov “Tokio 2020”də medal qazanmağa ən real namizədlərimizdən biridir. Lisenziya xalları da yığır.

- Ötənilki dünya çempionatı ərəfəsində qadınlardan ibarət yığma komandanın baş məşqçisi postunda dəyişiklik edilsə də, Kindzerskadan başqa nəticə göstərən yoxdur. Hətta rumıniyalı legioner Aleksandra Larisa Florian (57 kq) da ümdiləri doğrultmadı...

- Yox, doğruldacaq. Bir günlə heç nə olmur. Baş məşqçi Natiq Bağırovu da bir ildən sonra yola saldıq. Hər bir mütəxəssis gələndə ona vaxt verirsən. Bağırov da pis məşqçi deyil, dünyada sayılıb-tanınan biridir. Nədənsə alınmadı. İndi komandanı Rəşad Məmmədova həvalə etmişik. Azərbaycanın ən tanınmış məşqçilərindən biridir. Yaxın vaxtlarda qızların nəticəsini görəcəksiniz. Olimpiadada qadınların yarışında 3 çəki dərəcəsində təmsil olunmağı nəzərdə tutmuşuq. Kişilərdə isə tam heyət " 7 çəki istəyirik. Bizdə qadınlar heç vaxt olimpiadada 3 çəkidə yarışmayıb. Tədricən artırırıq. Rəşad müəllimə də vaxt vermişik. Onun özünü doğruldacağına inanırıq. Əvvlər zallarımızda 10-20 qız məşq edirdisə, indi onların sayı 80 nəfərdir. Bunun özü elə böyük uğurdur.

- Qadınların nəticələrini II Avropa Oyunlarında görə biləcəyik?

- Bəli, görəcəyik. 48 kq çəkidə 19 yaşında Əliyeva Leyla, 52 kq-da Antalyada 3-cü yeri tutan Gültac Məmmədəliyeva var. Onlarla iş aparılır. Federasiya tərəfindən nə lazımdırsa, edilir, təlim-məşq toplanışları olur. Yarışlarda da sınanırlar. Onlardan 3 nəfərinin olimpiadaya vəsiqə qazancağına ümid edirik.

- Orxan Səfərov nə 60 kq-da, nə də 66 kq-da özünü göstərə bilir...

- Orxan qərarı özü verməli idi. Bizim 60 kq-da gənc cüdoçularımız var, onlar da özlərini göstərəcəklər. Federasiya olaraq idmançıya istiqamət göstərə bilmərik. Qərarı idmançı verməlidir. Səfərov 66 kq-a vaxtında keçsəydi, nəticələri bundan da yüksək olardı. Onun 60 kq-da çəki problemi yaranıb. Çəki ilə mübarizə apardığı üçün yarışlarda alınmır. O, təcrübəli idmançıdır və sözünü deyəcəyinə inanırıq.

- Bəs “Neftçi İdman Klubu” İctimai Birliyinin üzvlərindən II Avropa Oyunlarında hansı nəticələri gözləyə bilərik?

- “Neftçi İdman Klubu” yerli idmançılardan təşkil olunmuş İctimai Birlikdir. Bu qurum həmişə lisenziya sayına görə öndə gedib. Klub həm II Avropa Oyunları, həm də “Tokio 2020” üçün işini davam etdirir. Bizdə 38 idman növü var. Klubun qarşıdan gələn bu iki yarışda yetərincə idmançı ilə təmisl olunacağına inanırıq.



Çap et | e-mail

     

2019-05-22  Naxçıvan cüdoçuları beynəlxalq turnirin qalibi olublar

2019-05-21  Azərbaycanlı hakim Avropa kubokunda

2019-05-20  Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub

2019-05-13  Paracüdo üzrə beynəlxalq Qran-pri turnirində ilk günün qalibləri müəyyənləşib

2019-05-13  Bakıda paracüdo üzrə beynəlxalq Qran-pri turnirinə start verilib

2019-04-29  Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplantısında olublar

2019-04-27  Yeniyetmə cüdoçuların ölkə birinciliyində bütün qaliblər məlum olub

2019-04-25  Azərbaycan Cüdo Federasiyasının bəyanatı

2019-04-25  Yeniyetmə cüdoçuların respublika birinciliyi start götürüb

2019-04-18  Bakıda cüdo üzrə beynəlxalq turnir keçirilib

2019-04-15  CÜDO TV təqdim edir: Məşqçimiz Yaponiyada diplomla təltif olunub

2019-04-15  Bakı Olimpiya Stadionunda cüdo hakimlərinin seminarı keçirilib

2019-04-07  Yeniyetmə cüdoçularımız Avropa kubokunu qazanıblar

2019-04-07  Azərbaycan cüdoçuları Antalya \"Qran-Pri\"sini uğurla başa vurublar

2019-04-07  Gənc cüdoçumuz İtaliyada 1-ci yeri tutub

2019-04-07  Cüdoçularımız Çexiyada keçirilən Avropa kubokunda 8 medal qazanıblar

2019-04-02  Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti təltif olunub

2019-04-01  Azərbaycanlı hakimlər beynəlxalq seminarda iştirak ediblər

2019-03-10  Kiçikyaşlı Yeniyetmə cüdoçuların yarışında bütün qaliblər məlum olub

2019-03-10  Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında

Bütün xəbərlər
 
Bu gün
19:07  "Real" Modriçin müqaviləsini uzadır
18:41  Avroliqanın Bakı finalına hakimlər üçün yeni forma
18:14  “Barselona”da final öncəsi ciddi itki
17:44  Azərbaycan kubokunun qalibi müəyyənləşdi
17:19  "Atletiko"da növbəti ayrılıq
16:42  "Yuventus" Türkiyə millisinin üzvünü transfer edir
16:13  "Neftçi" "Vorskla" ilə qarşılaşacaq
15:50  Hollandiyalı futbolçu "Barselona"da - rəsmi
15:33  "Tottenhem"də zədəlilər məşqlərə başladı
15:17  Xorvatiya kubokunun qalibi bəlli oldu
15:11  "Fənərbaxça"dan ayrılıb, Yunanıstan klubuna keçir
14:52  "CÜDO TV" təqdim edir: Naxçıvanda beynəlxalq turnir - VİDEO
14:36  "İnter" Konte ilə anlaşdı
14:12  UEFA-dan "Arsenal"a xəbərdarlıq
13:48  43 yaşında karyerasını bitirdi
13:23  "Bakıdakı finalda qalib gəlməliyik" - "Çelsi"nin futbolçusu
12:29  "Arsenal" və "Çelsi" biletlərin bir qismini geri qaytarır
22 may 2019
19:56  Emil oynadı, komandası finala yaxınlaşdı
19:35  "Çelsi" 37 yaşlı qapıçı ilə müqavilə yenilədi
19:18  Əmrə "Fənərbaxça"ya qayıdır - prezident açıqladı
18:28  "Sevilya" baş məşqçisini göndərdi
17:31  Nesta istefaya göndərildi
17:06  "Qarabağ"da yeni müqavilə
16:55  38 yaşlı Adurislə yeni müqavilə imzalandı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.