AZ | EN | RU


Cüdo >>
Azərbaycan Cüdo Federasiyasının bəyanatı
25 aprel 2019   20:13

Azərbaycan Cüdo Federasiyası olaraq əvvəla onu qeyd edirik ki, haqqın.az saytını adına uyğun hər bir məlumatın ədalətlə, haqqına yazdığına həmişə inanmışıq. Amma “А теперь хотят довести семиклассника Мехти "жафарова” başlıqlı məqalənin birtərəfli olduğunu gördükdə xeyli təəcübləndik.
Məqaləyə gəldikdə isə, Azərbaycan Cüdo Federasiyası olaraq bildiririk ki, 24-26 aprel 2019-cu il tarixlərində keçirilən 2005-2006-cı il təvəllüdlü 15 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyi Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilir. Əsasnamənin tələblərinə görə bu yarışa paytaxt Bakıda, Sumqayıt şəhərində və Naxçıvan MR daxil olmaqla Respublikanın bütün bölgələrini əhatə edən regionalarda keçirilmiş seçim xarakterli birinciliklərdə müvafiq olaraq ilk 12, 8, (Gəncə 6) və 2 yeri tutmuş idmançılar buraxılır. Yazıda adı çəkilən cüdoçu Cəfərov Mehdi Mübariz oğlu cari ilin 07-10 mart tarixlərində keçirilmiş Bakı birinciliyində kvota sayılan 12-liyə daxil olmadığına görə Azərbaycan birinciliyində iştirak hüququ qazanmayıb.
Mehdi kimi yüzlərlə digər cüdoçular da paytaxt və digər regional seçim yarışlarında uğursuz çıxış edərək Azərbaycan birinciliyində iştirak etmək üçün lisenziya qazana bilməyiblər və hamı bunu anlayışla qəbul edib, qabardıb problemə çevirməyib. Mehdinin atası Mubariz Cəfərov da cüdoçu olub və hazırda məşqçi işləyir, bu qaydaları da gözəl bilir. Yarışdan qabaq da, sonra da onunla bu barədə dəfələrlə söhbətlər olub və o bu qaydanın hamı üçün tədbiq olunacağı, heçkimə heçnəyə görə güzəşt olunmayacağı təqdirdə heçbir narazılığının qalmayacağını bildirib.
Mehdi kimi Respublika birinciliyinə vəsiqə qazana bilməmiş yüzlərlə cüdoçular üçün Federasiya tərəfindən daim motivasiyaedici tədbirlər görülür, onların yarış təcrübələrinin və idman ustalıqlarının artırılması məqsədi ilə il boyu müntəzəm olaraq Respublikanın əlamətdar tarixi günlərinə və bayramlara həsr olunmuş müxtəlif klubların, idman məktəblərinin və cəmiyyətlərin birincilikləri keçirilir.
Bu Azərbaycan birinciliyində də Respublikanın paytaxt və regionlarından 67 komanda tərkibində bugünkü gündə 446 kiçik yaşlı yeniyetmə (U-15) iştirak edir. Məgər bu qədər yeniyetmə idmançı üçün 3 gün ərzində Bakının ən gözəl, ən böyük və ən müasir idman qurğularından biri olan “Sərhədçi” İdman-Olimpiya Kompleksində keçirilən cüdo bayramı ölkəmizdə uşaq idmanının inkişafına xidmət etmirmi?
Azərbaycan Cüdo Federasiyası öz işini Beynəlxalq Cüdo Federasiyasının tədbiq etdiyi qaydalar çərçivəsində qurur, bütün ölkədaxili yarışlarımız ən yüksək standartlarda keçirilir, yerli və xarici mütəxəssislər keçirdiyimiz yarışları Avropa Kubokları, Qran Pri və Qran Şlem turnirləri ilə müqayisə edirlər.
Federasiyada yaradılan daimi fəaliyyət göstərən komissiyada Azərbaycanın Sahib İsmayılov, Ağayar Axundzadə, Hacıağa Hacıəhmədov, Tərlan Poladlı, Ruzbeh Vəliyev və digər tanınmış cüdo xadimləri yer alıb və qəbul olunan bütün qərarlar, təşkilati məsələlər bu komissiyada müzakirə olunduqdan sonra həyata keçirilir. Hətda yarışdan 20 gün əvvəl istisna hal kimi 1 yaş kiçik 2007-ci il təvəllüdlü uşaqların da Azərbaycan birinciliyində iştirak etməsinə icazə verilməsi məsələsi bir-neçə dəfə müzakirə olundu, ama son olaraq adlarını çəkdiyimiz mütəxəssislərin səs çoxluğu ilə bu təşəbbüs gerçəkləşmədi. Bununla da müvafiq fiziki və texniki hazırlıq səviyyəsinə malik olmayan azyaşlı uşaqları özlərindən üstün yeniyetmələrlə yarışma zamanı ala biləcəkləri qaçılmaz travmalardan qorumuş olduq. Bu yaxınlarda Sumqayıt şəhərində məşq vaxtı boynu üstə yıxılaraq ağır zədə almış və yataq xəstəsi olmuş azyaşlı cüdoçunun hadisəsindən sonra belə məsələlərdə daha həssas və diqqətliyik. Azərbaycan Cüdo Federasiyası bu idmançının əməliyyat, müalicə və qulluq məsələlərini qarşılayıb və bu günə qədər nəzarətdə saxlayır.
Bir daha bəyan edirik ki, yeniyetmə cüdoçu Mehdi Cəfərovun babası Zakir Hüseynovun səsləndirdiyi fikirlər və apardığı müqayisələrin heç bir məntiqi əsası yoxdur. Azərbaycan Cüdo Federasiyası işini qüvvədə olan mövcud beynəlxalq qaydalar üzərində qurur və bundan sonra da belə olacaq.
Balaca Mehdiyə isə daha çox məşq edərək gələcək yarışlara həvəslə hazırlaşmağı tövsiyyə edirik. Mehdi kimi bütün yeniyetmə cüdoçuların gələcəyinə inanır və onlara iştirak haqqı qazandığı yarışlarda uğurlar arzu edirik.


Çap et | e-mail

     

2019-05-22  Naxçıvan cüdoçuları beynəlxalq turnirin qalibi olublar

2019-05-21  Azərbaycanlı hakim Avropa kubokunda

2019-05-20  Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub

2019-05-13  Paracüdo üzrə beynəlxalq Qran-pri turnirində ilk günün qalibləri müəyyənləşib

2019-05-13  \"Tokio-2020\"də tam heyətlə iştirak edəcəyimizə inanırıq\" - Sadıq Sadıqov

2019-05-13  Bakıda paracüdo üzrə beynəlxalq Qran-pri turnirinə start verilib

2019-04-29  Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplantısında olublar

2019-04-27  Yeniyetmə cüdoçuların ölkə birinciliyində bütün qaliblər məlum olub

2019-04-25  Yeniyetmə cüdoçuların respublika birinciliyi start götürüb

2019-04-18  Bakıda cüdo üzrə beynəlxalq turnir keçirilib

2019-04-15  CÜDO TV təqdim edir: Məşqçimiz Yaponiyada diplomla təltif olunub

2019-04-15  Bakı Olimpiya Stadionunda cüdo hakimlərinin seminarı keçirilib

2019-04-07  Yeniyetmə cüdoçularımız Avropa kubokunu qazanıblar

2019-04-07  Azərbaycan cüdoçuları Antalya \"Qran-Pri\"sini uğurla başa vurublar

2019-04-07  Gənc cüdoçumuz İtaliyada 1-ci yeri tutub

2019-04-07  Cüdoçularımız Çexiyada keçirilən Avropa kubokunda 8 medal qazanıblar

2019-04-02  Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti təltif olunub

2019-04-01  Azərbaycanlı hakimlər beynəlxalq seminarda iştirak ediblər

2019-03-10  Kiçikyaşlı Yeniyetmə cüdoçuların yarışında bütün qaliblər məlum olub

2019-03-10  Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında

Bütün xəbərlər
 
Bu gün
19:07  "Real" Modriçin müqaviləsini uzadır
18:41  Avroliqanın Bakı finalına hakimlər üçün yeni forma
18:14  “Barselona”da final öncəsi ciddi itki
17:44  Azərbaycan kubokunun qalibi müəyyənləşdi
17:19  "Atletiko"da növbəti ayrılıq
16:42  "Yuventus" Türkiyə millisinin üzvünü transfer edir
16:13  "Neftçi" "Vorskla" ilə qarşılaşacaq
15:50  Hollandiyalı futbolçu "Barselona"da - rəsmi
15:33  "Tottenhem"də zədəlilər məşqlərə başladı
15:17  Xorvatiya kubokunun qalibi bəlli oldu
15:11  "Fənərbaxça"dan ayrılıb, Yunanıstan klubuna keçir
14:52  "CÜDO TV" təqdim edir: Naxçıvanda beynəlxalq turnir - VİDEO
14:36  "İnter" Konte ilə anlaşdı
14:12  UEFA-dan "Arsenal"a xəbərdarlıq
13:48  43 yaşında karyerasını bitirdi
13:23  "Bakıdakı finalda qalib gəlməliyik" - "Çelsi"nin futbolçusu
12:29  "Arsenal" və "Çelsi" biletlərin bir qismini geri qaytarır
22 may 2019
19:56  Emil oynadı, komandası finala yaxınlaşdı
19:35  "Çelsi" 37 yaşlı qapıçı ilə müqavilə yenilədi
19:18  Əmrə "Fənərbaxça"ya qayıdır - prezident açıqladı
18:28  "Sevilya" baş məşqçisini göndərdi
17:31  Nesta istefaya göndərildi
17:06  "Qarabağ"da yeni müqavilə
16:55  38 yaşlı Adurislə yeni müqavilə imzalandı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.