AZ | EN | RU


Futbol >>
Kanadada "Qarabağ" klubu yaradıldı
15 aprel 2019   13:22

Kanadanın Torondo şəhərində bir qrup azərbaycanlı gənc “Qarabağ” adlı  futbol klubu yaradıb.

Olimpiya.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, klub 2018-ci ildə təsis olunub və ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub. Komandanın qurulmasında böyük rolu olan Turqut Cabbarlı bu gün həm də məşqçi kimi fəaliyyət göstərir. Komandanın kapitanı isə Ceyhun Orucludur.

“Bu gün dünyanın dörd bir yanında azərbaycanlılar yaşayır və onların uğurlarının şahidi oluruq. Məsafəcə ölkəmizdən çox uzaq olan Kanadada, o cümlədən Torontoda məskunlaşan soydaşlarımız, buradakı Azərbaycan cəmiyyətinin üzvləri vaxtaşırı maraqlı tədbirlər təşkil edir, yaşadıqları cəmiyyətə inteqrasiya olmaq üçün yerli təşkilatlarla da sıx əlaqələr qururlar.

Kanadada yaradılan “Qarabağ” futbol klubunun fəaliyyəti də məhz o baxımdan əhəmiyyətlidir ki, futbol idman olsa da, həm də ideoloji oyundur. Məhz bu yolla xaricdəki soydaşlarımız bir-birinə daha da yaxınlaşa, bağlarını sarsılmaz edə və Azərbaycanı tanıda bilərlər” " deyə məlumatda qeyd edilir.

Bildirilir ki, futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda da “Qarabağ” adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər.
 
Artıq yeni yaradılan “Qarabağ” 3 mindən çox üzvü olan “Toronto Soccer Connection” təşkilatının tərkibindəki liqaya qoşulub.

Klubun yaradıcıları ad üzərində düşünəndə, Azərbaycanın ən uğurlu klublarından biri olan “Qarabağ”ın adını öz klublarına da verməyə qərar verib və bunu ən doğru seçim hesab ediblər.

“Qarabağ” futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.

“Klubun təmsilçiləri bildirirlər ki, “Qarabağ” futbol klubu təkcə ölkəni və milləti tanıtmaq üçün deyil, həm də icma daxilində qardaşlıq və əməkdaşlıq üçün bir vasitə rolunu oynayır. Artıq bu təşəbbüsümüz bizi Torontodakı başqa həmyerlilərimiz və futbolsevərlərlə birləşdirib. Bunun davamı olaraq biz yeni və fərqli təşəbbüslərlə də çıxış edəcəyik. Ümid edirik ki, hər bir addım bizim birliyimiz üçün dəstək rolunu oynayacaq” - deyə məlumatda qeyd olunur.



Çap et | e-mail

     

2019-04-20  Emil Balayev oynadı, komandası heç-heçə etdi

2019-04-20  \"Mançester Siti\" \"Tottenhem\"i məğlub edərək liderliyə yüksəldi - VİDEO

2019-04-20  “Real”da yeni müqavilə - 1.6 milyard avro

2019-04-20  \"Beşiktaş\" sabiq üzvü \"Qalatasaray\"a transfer olur

2019-04-20  Kosta üzr istədi

2019-04-20  \"Real\"ın futbolçusu mövsümü bitirdi

2019-04-20  Premyer Liqanın 25-ci turunu neçə azarkeş izlədi?

2019-04-20  \"Qəbələ\"nin müdafiəçisi \"Seltik\"ə keçə bilər

2019-04-20  Essyen Afrika tarixinin ən yaxşıları sırasında

2019-04-20  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2019-04-19  Namiq Ələsgərov dubl edərək \"Neftçi\"yə qələbə qazandırdı - VİDEO

2019-04-19  \"Qəbələ\"dən ardıcıl ikinci qələbə - VİDEO

2019-04-19  \"Neftçi\" səfərdə \"Sabah\"ı məğlub etdi

2019-04-19  Avroliqada həftənin ən yaxşı futbolçusu

2019-04-19  \"Qəbələ\" \"Zirə\"yə qalib gəldi

2019-04-19  Mahirin 100-cü oyunu

2019-04-19  Avroliqada həftənin rəmzi komandası

2019-04-19  “Qarabağ”dan mövsümün rekordu

2019-04-19  \"Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək\" - Maksim Medvedev

2019-04-19  Premyer Liqamızda 26-cı turun oyunları eyni gündə

Bütün xəbərlər
 
20 aprel 2019
18:39  Emil Balayev oynadı, komandası heç-heçə etdi
18:09  "Mançester Siti" "Tottenhem"i məğlub edərək liderliyə yüksəldi - VİDEO
17:36  “Real”da yeni müqavilə - 1.6 milyard avro
15:13  "Beşiktaş" sabiq üzvü "Qalatasaray"a transfer olur
14:27  Kosta üzr istədi
14:03  "Real"ın futbolçusu mövsümü bitirdi
13:44  Premyer Liqanın 25-ci turunu neçə azarkeş izlədi?
13:21  "Qəbələ"nin müdafiəçisi "Seltik"ə keçə bilər
12:56  Essyen Afrika tarixinin ən yaxşıları sırasında
12:31  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
19 aprel 2019
22:13  Namiq Ələsgərov dubl edərək "Neftçi"yə qələbə qazandırdı - VİDEO
21:31  "Qəbələ"dən ardıcıl ikinci qələbə - VİDEO
20:25  "Neftçi" səfərdə "Sabah"ı məğlub etdi
18:23  Avroliqada həftənin ən yaxşı futbolçusu
17:55  "Qəbələ" "Zirə"yə qalib gəldi
17:22  Mahirin 100-cü oyunu
16:48  Avroliqada həftənin rəmzi komandası
16:32  “Qarabağ”dan mövsümün rekordu
16:06  "Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək" - Maksim Medvedev
15:30  Premyer Liqamızda 26-cı turun oyunları eyni gündə
15:18  I Divizion: 24-cü turun oyun cədvəli bilindi
15:03  Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu
14:35  "Oyunu qumara qoymamışıq" - "Keşlə"nin kapitanı
14:15  "Çelsi" tarixə düşdü
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.