AZ | EN | RU


Futbol >>
"Bütün rəqiblər bizdən birbaş üstündür" - Təmkin Xəlilzadə
25 mart 2019   23:17

Millimizin futbolçusu Təmkin Xəlilzadə Bakıda Litva ilə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Olimpiya.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Yoldaşlıq görüşü olsa da, rəsmi matç kimi hazırlaşmışdıq. Məncə, qələbə qazanmağımız üçün son nöqtəni qoymaq çatmadı. Hər şey edirdik, lakin sonluq alınmırdı. Rəqibdən 90 dəqiqə üstün oynadıq. Təəssüf ki, qalib gələ bilmədik.

- Hər iki komandanın futbolçuları niyə aqressiv idi? Sanki yoldaşlıq yox, seçmə mərhələ oyununa çıxmışdınız...

- Rəqibin aqressiv olmağının səbəbini bilmirəm. Biz qalib gəlmək üçün aqressiv idik. Ancaq biz qələbə üçün alışıb-yanırdıq. Buna görə də yəqin ki, aqressiv idik. Uşaqlarla qələbəyə söz vermişdik.

- Dünən Macarıstan Xorvatiyanı 2:1 hesabı ilə məğlub etdi. Bunu sensasiya adlandırmaq olar?

- Çox çətin qrupa düşmüşük. Bütün rəqiblər bizdən birbaş üstündür. Lakin Xorvatiyaya 1:2 hesablı məğluniyyətdən sonra xalq, media bizdən daha artığını gözləyir. Buna haqqları da var. Ancaq bizi də başa düşsələr, yaxşı olar. Mən deyərdim ki, Xorvatiyaya məğlubiyyətimiz son illərdə milli adına ən yaxşı nəticəmiz idi. Slovakiya və Macarıstanla oyunlarda əlimizdən gələni edəcəyik.

- Macarıstan Xorvatiyaya qalib gəldi. Millimiz üçün uğurlu adlandırdığınız nəticəni xorvatların zəif oyunu ilə əlaqələndirmək olar?

- Mən belə deməzdim. Xorvatlar bizimlə oyunda əziyyət çəkdilər və qələbəni asan şəkildə qazanmadılar. Dünən macarlar da aqressiv idi. Bu da o deməkdir ki, qrupda gərgin mübarizə gedəcək. Bizə kiçik ölkə kimi baxıb, 6 xal qazanacaqlarını düşünə bilərlər. Biz də göstərəcəyik ki, əl-qolumuzu sallamağa çıxmayacağıq. Bütün oyunlarda rəqiblərimizi büdrətməyə çalışacağıq.

- Hazırda qrupumuzda bizdən başqa hamının xalı var. Yəqin rəqiblərimizin oyunlarını izləmisiniz. Demək olarmı ki, qrupun ən zəifi bizik?

- Reallıqla baxsaq, əlbəttə. Onlar bizdən birbaş üstündülər. İndi futbolda hər şey mümkündür. Hamı mübarizə aparır. San Marino Şotlandiyaya 0:2 hesabı ilə uduzursa, biz niyə rəqiblərdən xal almayaq? Vaxtımız var, hazırlaşacağıq.



Çap et | e-mail

     

2019-04-20  Emil Balayev oynadı, komandası heç-heçə etdi

2019-04-20  \"Mançester Siti\" \"Tottenhem\"i məğlub edərək liderliyə yüksəldi - VİDEO

2019-04-20  “Real”da yeni müqavilə - 1.6 milyard avro

2019-04-20  \"Beşiktaş\" sabiq üzvü \"Qalatasaray\"a transfer olur

2019-04-20  Kosta üzr istədi

2019-04-20  \"Real\"ın futbolçusu mövsümü bitirdi

2019-04-20  Premyer Liqanın 25-ci turunu neçə azarkeş izlədi?

2019-04-20  \"Qəbələ\"nin müdafiəçisi \"Seltik\"ə keçə bilər

2019-04-20  Essyen Afrika tarixinin ən yaxşıları sırasında

2019-04-20  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2019-04-19  Namiq Ələsgərov dubl edərək \"Neftçi\"yə qələbə qazandırdı - VİDEO

2019-04-19  \"Qəbələ\"dən ardıcıl ikinci qələbə - VİDEO

2019-04-19  \"Neftçi\" səfərdə \"Sabah\"ı məğlub etdi

2019-04-19  Avroliqada həftənin ən yaxşı futbolçusu

2019-04-19  \"Qəbələ\" \"Zirə\"yə qalib gəldi

2019-04-19  Mahirin 100-cü oyunu

2019-04-19  Avroliqada həftənin rəmzi komandası

2019-04-19  “Qarabağ”dan mövsümün rekordu

2019-04-19  \"Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək\" - Maksim Medvedev

2019-04-19  Premyer Liqamızda 26-cı turun oyunları eyni gündə

Bütün xəbərlər
 
20 aprel 2019
18:39  Emil Balayev oynadı, komandası heç-heçə etdi
18:09  "Mançester Siti" "Tottenhem"i məğlub edərək liderliyə yüksəldi - VİDEO
17:36  “Real”da yeni müqavilə - 1.6 milyard avro
15:13  "Beşiktaş" sabiq üzvü "Qalatasaray"a transfer olur
14:27  Kosta üzr istədi
14:03  "Real"ın futbolçusu mövsümü bitirdi
13:44  Premyer Liqanın 25-ci turunu neçə azarkeş izlədi?
13:21  "Qəbələ"nin müdafiəçisi "Seltik"ə keçə bilər
12:56  Essyen Afrika tarixinin ən yaxşıları sırasında
12:31  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
19 aprel 2019
22:13  Namiq Ələsgərov dubl edərək "Neftçi"yə qələbə qazandırdı - VİDEO
21:31  "Qəbələ"dən ardıcıl ikinci qələbə - VİDEO
20:25  "Neftçi" səfərdə "Sabah"ı məğlub etdi
18:23  Avroliqada həftənin ən yaxşı futbolçusu
17:55  "Qəbələ" "Zirə"yə qalib gəldi
17:22  Mahirin 100-cü oyunu
16:48  Avroliqada həftənin rəmzi komandası
16:32  “Qarabağ”dan mövsümün rekordu
16:06  "Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək" - Maksim Medvedev
15:30  Premyer Liqamızda 26-cı turun oyunları eyni gündə
15:18  I Divizion: 24-cü turun oyun cədvəli bilindi
15:03  Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu
14:35  "Oyunu qumara qoymamışıq" - "Keşlə"nin kapitanı
14:15  "Çelsi" tarixə düşdü
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.