AZ | EN | RU


Futbol >>
"Ümumi götürdükdə rəqibdən güclü idik" - Yurçeviç
25 mart 2019   22:34

Millimizin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva ilə yoxlama oyunundan (0:0) sonra mətbuat konfransı keçirib.

Olimpiya.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
 
- Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişi asan deyildi. Qələbə qazanmaq üçün hər şeyi etdik. Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanlarımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. Ümumi götürdükdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, ardı gəlsin. Ümumilikdə komandadan razı qaldım.
 
- Bu gün sizin üçün nəticə, yoxsa sərgilənən oyun önəmli idi?
 
- Əvvəlcədən hədəfimiz qələbə idi. Bunun komandanın oyununa inam gətirəcəyini bilirdik. Ancaq bizim üçün təkcə hesab yox, oyunçuları görmək də vacib idi. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları müxtəlif situasiyalarda görmək istəyirdim. Həm mövqe, həm də düzülüş etibarı ilə asan deyildi. Bir çox şeyi qaçırmamağa çalışdıq. Yekunda alındıra bildiyimiz budur. Buna əlavə misal gətirmək istəyirəm. Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Belədə Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludova da şans vermək istəyirdim. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Bu üzdən məmnun qaldım.
 
- Vitse-çempiona qol vuran komanda bu gün rəqib qapısına yol tapa bilmədi. Rəqibin baş məşqçisi də sizin kimi deyir ki, birinci hissəni yaxşı keçirdik...
 
- Bir daha təkrar edirəm ki, ilk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Qol imkanlarımız da daha real idi. 100 faizlik şanslarımız oldu. İkinci hissədə oyunçularda yorğunluq başladı, üstəlik, dəyişikliklər oldu. Ümumi gəldiyim qənaət o oldu ki, oyun planında  biz daha güclü idik.
 
- Pavel Paşayevin çağırılmaması zədəli olması ilə bağlı idi?
 
- Paşayev zədəlidir. Əslində o, heyətdə yer almalı oyunçudur. Sadəcə, zədəli olduğu üçün çağırılmadı.
 
- Yoldaşlıq görüşünü nəzərə alsaq, fərqli "11-lik"lə başlaya bilməzdinizmi? Məsələn, Emil Balayev, Ömət Buludov kimi oyunçuları ilk dəqiqələrdən meydana buraxmaq olmazdımı?
 
- Bir çox şeyi etmək olardı. Sadəcə, Buludova da şans vermək yaxşı olardı. Həmçinin ikinci qapıçıya da. Buna görə təəssüf edirəm. Hamını razı salmaq asan deyil. Həm udmaq, digər tərəfdən hamıya şans vermək istəyirik. Bütün bunları eyni anda etmək asan deyil. 10 gün mənim üçün faydalı oldu. Yeni oyunçular gördük, komanda daxilində yaxşı atmosfer oldu. Bu, mənim üçün çox vacibdir. Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir.
 
- Millətlər Liqası səviyyəsində olan bir komanda ilə öz meydanımızda heç-heçə etdik. Rəqiblərin səviyyəsi, hətta baş məşqçinin milliyyəti də dəyişməyib. Qələbə üçün başqa nə etmək lazım idi?
 
- Çox çətin sualdır. Əgər şanslardan istifadə edə bilirsənsə, qələbə şansın daha çox olur. Biz də bunlardan yararlanmağa çalışacağıq. Oyuna da hücumameyilli başlamışdıq, sonradan da ön xətt oyunçuları meydana buraxdıq. Heyf ki, qol vura bilmədik.



Çap et | e-mail

     

2019-04-20  Emil Balayev oynadı, komandası heç-heçə etdi

2019-04-20  \"Mançester Siti\" \"Tottenhem\"i məğlub edərək liderliyə yüksəldi - VİDEO

2019-04-20  “Real”da yeni müqavilə - 1.6 milyard avro

2019-04-20  \"Beşiktaş\" sabiq üzvü \"Qalatasaray\"a transfer olur

2019-04-20  Kosta üzr istədi

2019-04-20  \"Real\"ın futbolçusu mövsümü bitirdi

2019-04-20  Premyer Liqanın 25-ci turunu neçə azarkeş izlədi?

2019-04-20  \"Qəbələ\"nin müdafiəçisi \"Seltik\"ə keçə bilər

2019-04-20  Essyen Afrika tarixinin ən yaxşıları sırasında

2019-04-20  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2019-04-19  Namiq Ələsgərov dubl edərək \"Neftçi\"yə qələbə qazandırdı - VİDEO

2019-04-19  \"Qəbələ\"dən ardıcıl ikinci qələbə - VİDEO

2019-04-19  \"Neftçi\" səfərdə \"Sabah\"ı məğlub etdi

2019-04-19  Avroliqada həftənin ən yaxşı futbolçusu

2019-04-19  \"Qəbələ\" \"Zirə\"yə qalib gəldi

2019-04-19  Mahirin 100-cü oyunu

2019-04-19  Avroliqada həftənin rəmzi komandası

2019-04-19  “Qarabağ”dan mövsümün rekordu

2019-04-19  \"Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək\" - Maksim Medvedev

2019-04-19  Premyer Liqamızda 26-cı turun oyunları eyni gündə

Bütün xəbərlər
 
20 aprel 2019
18:39  Emil Balayev oynadı, komandası heç-heçə etdi
18:09  "Mançester Siti" "Tottenhem"i məğlub edərək liderliyə yüksəldi - VİDEO
17:36  “Real”da yeni müqavilə - 1.6 milyard avro
15:13  "Beşiktaş" sabiq üzvü "Qalatasaray"a transfer olur
14:27  Kosta üzr istədi
14:03  "Real"ın futbolçusu mövsümü bitirdi
13:44  Premyer Liqanın 25-ci turunu neçə azarkeş izlədi?
13:21  "Qəbələ"nin müdafiəçisi "Seltik"ə keçə bilər
12:56  Essyen Afrika tarixinin ən yaxşıları sırasında
12:31  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
19 aprel 2019
22:13  Namiq Ələsgərov dubl edərək "Neftçi"yə qələbə qazandırdı - VİDEO
21:31  "Qəbələ"dən ardıcıl ikinci qələbə - VİDEO
20:25  "Neftçi" səfərdə "Sabah"ı məğlub etdi
18:23  Avroliqada həftənin ən yaxşı futbolçusu
17:55  "Qəbələ" "Zirə"yə qalib gəldi
17:22  Mahirin 100-cü oyunu
16:48  Avroliqada həftənin rəmzi komandası
16:32  “Qarabağ”dan mövsümün rekordu
16:06  "Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək" - Maksim Medvedev
15:30  Premyer Liqamızda 26-cı turun oyunları eyni gündə
15:18  I Divizion: 24-cü turun oyun cədvəli bilindi
15:03  Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu
14:35  "Oyunu qumara qoymamışıq" - "Keşlə"nin kapitanı
14:15  "Çelsi" tarixə düşdü
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.