AZ | EN | RU


Futbol >>
"Azərbaycanda özümü rahat hiss edirəm" - Roberto Bordin
08 mart 2019   13:35

"Neftçi"nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibə verib.

Olimpiya.az "İI Mattino" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Neftçi"yə gəlişindən danışıb:

"Şerif"də çalışdığım vaxt "Neftçi"nin idman direktoru məni izləyib. Mənimlə italiyalı agent vasitəsilə əlaqə qurdu. İki-üç görüşdən sonra anlaşdıq. Çünki "Neftçi"nin tarixi var və ölkənin ən titullu komandasıdır. Artıq xanımım və 16 aylıq qızım Bakıya köçüb. Digər iki övladım isə böyükdür və İtaliyada qalırlar".

Bordin Bakı şəhəriylə bağlı fikirlərini bölüşüb: "Bakı müasir və gözəl şəhərdir. Dənizi və böyük parkları var. Qədim yerdir və İçəri Şəhəri qeyd etmək lazımdır. Burada özümü yaxşı hiss edirəm. Şəhərin gözəl hissəsində oluram. Bir müddət sonra burada "Formula-1" olacaq. Dəyişkən iqlim olur: bu gün qar yağırsa, sabah 10 dərəcə isti olur. Dəyişməyən havanın küləkli olmasıdır".

54 yaşlı mütəxəssis Azərbaycan futbolu barədə danışıb: "Hər klubun öz bazası var. Yaxşı işlər gedir və buna təəccübləndim. Yaxşı məşqçilər var. "Qarabağ"ın artan büdcəsi var və güclü futbolçulara sahibdir. Ümumi deyərdim ki, azərbaycanlı futbolçular güclüdürlər. Çempionatda hər oyun meydana 6 əcnəbi buraxmaq olar. Azərbaycan yığması da pis deyil, Millətlər Liqasında yalnız son oyunda uduzdular".

Roberto Bordin məşqçilik bacarığından söz açıb:

"İşim rəssam kimidir. Futbolçu olduğum dönəmlərdə də 100 faizimi vermişəm. Mənim üçün dünyanın ən gözəl işi budur: futbol oynayırsan, pul qazanırsan, insanlar da səni izləyir. Bunun üçün gün ərzində olan məşqlərdə əlindən gələni etməlisən. Mən bir az Lippidən, bir az Boskovdan, bir az da Mandorlinidən götürmüşəm. Azərbaycana gələn ilk italiyalı oldum. Andrea Vetsunu da sonradan gətirdim. Futbolçulardan isə Canluka Sansoneni transfer etmişik. Burada Mixail adlı tərcüməçim var. O, "Şerif"də də mənimlə idi. Ağıllı oğlan olduğu üçün özümlə gətirdim. İtaliyada oxuyub və cümlələri emosional şəkildə qurur. Paltardəyişmə otağında ingilis dilindən istifadə edirəm. Sözləri lakonik çatdırmaq lazımdır. Səsimi yüksəldəndə anlayırlar".

Təcrübəli mütəxəssis bir gün İtaliyaya qayıtmaq istədiyini sözlərinə əlavə edib: "Bu illərdə İtaliyada çalışmaq variantım olmadığı üçün ora qayıtmaq istərdim. İtaliya futbolunun tarixi Moldova və Azərbaycandan daha zəngindir. Ancaq mənim "Neftçi" ilə iki illik müqaviləm var".

Futbolçu karyerasında "Napoli"də oynamış Bordin sabiq komandasını Avropa Liqasının finalında görmək istədiyini bildirib: "Neapolda gözəl xatirələrim var. Çiro Ferraranın kapitanlıq bazubəndini daşımasını, Di Kanionun qolu ilə UEFA Kubokuna vəsiqə qazanmağımızı xatırlayıram. Onlarla dostluq münasibətindəyəm. "Napoli"də kapitanlıq bazubəndi mənə həvalə edilmişdi və bunu gözəl xatirə kimi yadda saxlayıram. Bu, xoşbəxtlikdir. Bu il Avropa Liqasının finalı Bakıda keçiriləcək. Ümid edirəm ki, "Napoli" qalib olacaq".



Çap et | e-mail

     

2019-05-26  Edin Ceko \"İnter\"lə anlaşdı

2019-05-26  \"Fənərbaxça\" klubunda ayrılıq

2019-05-26  Balotelli \"Marsel\"dən ayrıldı

2019-05-26  Portuqaliya kubokunun qalibi məlum oldu

2019-05-26  Messidən yeni rekord

2019-05-26  \"Qalatasaray\" Fatih Terimlə yeni müqavilə bağladı

2019-05-26  İspaniya kubokunda qalib \"Valensiya\" oldu

2019-05-25  \"Napoli\" \"Real\"ın təklifini rədd etdi

2019-05-25  \"Yuventus\"da yeni müqavilə

2019-05-25  \"Ayntraxt\"dan Luka Yoviç açıqlaması

2019-05-25  \"Arsenal\" Bakıya yola düşdü

2019-05-25  Lukaku \"İnter\"in hədəfində

2019-05-25  Bundesliqada mövsümün rəmzi komandası

2019-05-25  PSJ Tuxellə müqaviləni uzatdı

2019-05-25  \"Olimpik\" (Lion)-da ayrılıq

2019-05-25  Mirabdulla Abbasov Polşa klubunun transfer hədəfində

2019-05-25  Şenol Günəş “Beşiktaş”dan ayrıldı

2019-05-25  Avstraliyalı futbolçu Super liqa klubunda

2019-05-25  \"Qarabağ\"ın Çempionlar Liqasında bütün potensial rəqibləri

2019-05-25  Messi altıncı dəfə \"Qızıl buts\"un sahibi oldu

Bütün xəbərlər
 
Bu gün
14:37  Edin Ceko "İnter"lə anlaşdı
14:20  "Fənərbaxça" klubunda ayrılıq
14:00  Balotelli "Marsel"dən ayrıldı
13:32  Portuqaliya kubokunun qalibi məlum oldu
13:15  Messidən yeni rekord
12:39  "Qalatasaray" Fatih Terimlə yeni müqavilə bağladı
01:02  İspaniya kubokunda qalib "Valensiya" oldu
25 may 2019
19:15  "Napoli" "Real"ın təklifini rədd etdi
18:41  "Yuventus"da yeni müqavilə
18:10  "Ayntraxt"dan Luka Yoviç açıqlaması
17:44  "Arsenal" Bakıya yola düşdü
17:12  Lukaku "İnter"in hədəfində
16:29  Bundesliqada mövsümün rəmzi komandası
15:56  Azərbaycan cüdoçusu Çində qızıl medal qazanıb
15:31  PSJ Tuxellə müqaviləni uzatdı
14:43  "Olimpik" (Lion)-da ayrılıq
14:17  Mirabdulla Abbasov Polşa klubunun transfer hədəfində
13:52  Şenol Günəş “Beşiktaş”dan ayrıldı
13:35  Avstraliyalı futbolçu Super liqa klubunda
13:17  "Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri
12:53  Messi altıncı dəfə "Qızıl buts"un sahibi oldu
12:31  UEFA prezidentindən Mxitaryan açıqlaması
24 may 2019
18:35  Türkiyə millisinin heyəti açıqlandı
18:13  “Sabah”da yeni məşqçi təyinatları
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.