AZ | EN | RU


Cüdo >>
Gənc cüdoçuların Azərbaycan birinciliyinə start verilib
27 fevral 2019   23:02

Fevralın 27-də Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Olimpiya.az xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə cüdo idman növünün populyar olduğunu qeyd edib. Bildirib ki, artıq regionlarda da bu idman növü geniş yayılıb. Ölkəmizdə cüdo üzrə bir sıra nüfuzlu yarışların keçirildiyini, bu turnirlərin həm təşkilatçılıq səviyyəsinə, həm də təmsilçilərimizin əldə etdiyi nailiyyətlərə görə xüsusilə təqdirəlayiq olduğunu vurğulayan nazir müavini Azərbaycan Cüdo Federasiyasının işinin Beynəlxalq Cüdo Federasiyası tərəfindən də yüksək qiymətləndirildiyini deyib. O qeyd edib ki, təmsilçilərimizin dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etmələri sevindirici haldır.
“Azərbaycanda idman siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu uzaqgörən siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Ən müasir standartlara cavab verən Olimpiya idman kompleksləri və digər idman qurğuları tikilərək xalqın istifadəsinə verilib. Uşaq və yeniyetmələrin idmanla məşğul olmaları üçün bütün regionlarda hər bir şərait yaradılıb”, - deyə nazir müavini bildirib.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı qeyd edib ki, Bakı İdman Sarayı artıq bir həftədir cüdo yarışlarının keçirildiyi məkana çevrilib. O, ötən həftənin sonu yeniyetmə cüdoçular arasında Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turnirinin, ondan bir gün sonra usta cüdoçular arasında Azərbaycan çempionatının keçirildiyini vurğulayıb. “Azərbaycan birinciliyində yüksək rəqabəti xüsusi qeyd etməliyəm. Gənclər arasında elə idmançılar var ki, onlar Olimpiya Oyunlarına lisenziya xalları uğrunda mübarizə aparırlar. Bu, onu göstərir ki, Azərbaycan cüdoçularının layiqli davamçıları yetişir. Ötən il gənclər arasında dünya çempionatında idmançılarımız böyük uğur qazanıblar. İnanıram ki, gənclər arasında Azərbaycan birinciliyinin nəticələri əsasında formalaşacaq gənclərdən ibarət yığma komanda gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq”, - deyə baş katib bildirib. Sonra dövlət himnimiz səsləndirilib.
Açılış mərasimindən sonra final yarışlarına start verilib. Müxtəlif çəki dərəcələrində Gülşən Bağırova (-44 kq), Mirağa Hacıyev (-55 kq), Gültac Məmmədəliyeva (-52 kq), Davud Abbaslı (-66 kq), Diana Şoranova (-63 kq), Vüsal Şamilov (-81 kq), Aliyə Müslümova (-78 kq) və Abdulla İsmayılov (-100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Azərbaycan birinciliyinə fevralın 28-də yekun vurulacaq.



Çap et | e-mail

     

2019-05-22  Naxçıvan cüdoçuları beynəlxalq turnirin qalibi olublar

2019-05-21  Azərbaycanlı hakim Avropa kubokunda

2019-05-20  Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub

2019-05-13  Paracüdo üzrə beynəlxalq Qran-pri turnirində ilk günün qalibləri müəyyənləşib

2019-05-13  \"Tokio-2020\"də tam heyətlə iştirak edəcəyimizə inanırıq\" - Sadıq Sadıqov

2019-05-13  Bakıda paracüdo üzrə beynəlxalq Qran-pri turnirinə start verilib

2019-04-29  Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplantısında olublar

2019-04-27  Yeniyetmə cüdoçuların ölkə birinciliyində bütün qaliblər məlum olub

2019-04-25  Azərbaycan Cüdo Federasiyasının bəyanatı

2019-04-25  Yeniyetmə cüdoçuların respublika birinciliyi start götürüb

2019-04-18  Bakıda cüdo üzrə beynəlxalq turnir keçirilib

2019-04-15  CÜDO TV təqdim edir: Məşqçimiz Yaponiyada diplomla təltif olunub

2019-04-15  Bakı Olimpiya Stadionunda cüdo hakimlərinin seminarı keçirilib

2019-04-07  Yeniyetmə cüdoçularımız Avropa kubokunu qazanıblar

2019-04-07  Azərbaycan cüdoçuları Antalya \"Qran-Pri\"sini uğurla başa vurublar

2019-04-07  Gənc cüdoçumuz İtaliyada 1-ci yeri tutub

2019-04-07  Cüdoçularımız Çexiyada keçirilən Avropa kubokunda 8 medal qazanıblar

2019-04-02  Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti təltif olunub

2019-04-01  Azərbaycanlı hakimlər beynəlxalq seminarda iştirak ediblər

2019-03-10  Kiçikyaşlı Yeniyetmə cüdoçuların yarışında bütün qaliblər məlum olub

Bütün xəbərlər
 
23 may 2019
19:07  "Real" Modriçin müqaviləsini uzadır
18:41  Avroliqanın Bakı finalına hakimlər üçün yeni forma
18:14  “Barselona”da final öncəsi ciddi itki
17:44  Azərbaycan kubokunun qalibi müəyyənləşdi
17:19  "Atletiko"da növbəti ayrılıq
16:42  "Yuventus" Türkiyə millisinin üzvünü transfer edir
16:13  "Neftçi" "Vorskla" ilə qarşılaşacaq
15:50  Hollandiyalı futbolçu "Barselona"da - rəsmi
15:33  "Tottenhem"də zədəlilər məşqlərə başladı
15:17  Xorvatiya kubokunun qalibi bəlli oldu
15:11  "Fənərbaxça"dan ayrılıb, Yunanıstan klubuna keçir
14:52  "CÜDO TV" təqdim edir: Naxçıvanda beynəlxalq turnir - VİDEO
14:36  "İnter" Konte ilə anlaşdı
14:12  UEFA-dan "Arsenal"a xəbərdarlıq
13:48  43 yaşında karyerasını bitirdi
13:23  "Bakıdakı finalda qalib gəlməliyik" - "Çelsi"nin futbolçusu
12:29  "Arsenal" və "Çelsi" biletlərin bir qismini geri qaytarır
22 may 2019
19:56  Emil oynadı, komandası finala yaxınlaşdı
19:35  "Çelsi" 37 yaşlı qapıçı ilə müqavilə yenilədi
19:18  Əmrə "Fənərbaxça"ya qayıdır - prezident açıqladı
18:28  "Sevilya" baş məşqçisini göndərdi
17:31  Nesta istefaya göndərildi
17:06  "Qarabağ"da yeni müqavilə
16:55  38 yaşlı Adurislə yeni müqavilə imzalandı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.