AZ | EN | RU


Futbol >>
"Mənim komandamda dini təriqət söhbəti ola bilməz" - Tərlan Əhmədov
09 yanvar 2019   18:42

"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov “Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 48 yaşlı mütəxəssis əvvəlcə təlim-məşq toplanışı barədə danışıb.

- Hazırlıq prosesinə yanvarın 5-dən başlamışıq. Ağır yükləmədən sonra bu gün “Qaradağ Lökbatan”la matçda futbolçuların güc və hərəkətliliklərinə baxmaq istəyirdik. Həm bu matçı, həm də 5 günlük toplanışı analiz edəcəyik. Heyətdə 3 yeni futbolçu var. “Zirə”dən Vüsal İsgəndərlini, Türkiyənin BAL Liqasında çıxış edən Emin Mehtiyevi və Qazaxıstanın “Kaysar” klubundan Con Kamaranı götürmüşük. Pleymeyker mövqeyi üçün bir nəfər axtarırıq. Bunun üçün danışıq apardığımız bir neçə oyunçu var. Bu məsələ yaxın günlərdə həllini tapacaq. Beş günlük tsikli normal başa vurmuşuq. Üç gündən sonra Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yola düşəcəyik. Orada da 4 matç keçirəcəyik.

- Yerli futbolçuları tanıyırıq. Bəs Kamara barədə nə deyə bilərsiniz?

- Onun oyununa baxmışıq. Noyabrda “Kaysar”ın heyətində keçirdiyi matçı tam izləmişik. Bizə təqdim edilən 20-yə yaxın futbolçunun içindən oyun tərzimizə ən yaxın olanı, bəyəndiyimiz Kamara oldu. Təxminən, 20 gün idi məşq etmirdi, tam formada deyil. Buna baxmayaraq, bu gün də bəzi epizodlarda onda görmək istədiyimiz keyfiyyətlərin şahidi olduq.

- Litvanın “Jalqiris” klubundan Jeremi Manzorronu da transfer edəcəyiniz deyilirdi. Bu məsələ nə yerdədir?

- Bəli, belə bir futbolçu var, təklif də göndərmişik. Amma o daha çox pul istəyib. Bizim də həmin məbləği ödəmək imkanımız yoxdur. Həm də seçim qarşısındadır, vaxtilə birgə çalışdığı baş məşqçi onu Qazaxıstana çağırır. Ona görə də gündən-günə məbləğ qalxır. Bəlkə də bizim təklifdən sonra öz qiymətin qaldırıb, onu deyə bilmərəm. Bu transferin üzərində ayyarım idi işləyirdik. Lakin təəssüf ki, məsələyə nöqtə qoyulub.

- Bir pleymeyker axtardığınızı dediniz. Komandaya cəmi bir legioner gələcək?

- Üç nəfər götürmüşük, biri də gələcək. Yəni, qış fasiləsində 2 yerli, 2 əcnəbi götürmüş olacağıq. Əlimizdə olan vəsaitə uyğun futbolçu seçirik.

- Belə başa düşdük ki, heyətdəki oyunçuların sayı azalacaq. Çünki qış fasiləsində 7 futbolçu göndərdiyiniz halda, 4-nü götürürsünüz...

- Bəli, Cavid Əliyevi əvəzedici heyətdən götürmüşük, 19 yaşındadır. Orxan Fərəcov var, “Neftçi”də U-19-da oynadığı vaxtdan onun istedadına bələdəm. 17 yaşlılarda Pərviz Azadov var, dünənə qədər bizimlə məşqlərdə idi. Artıq akademiyaya da üz tutmuşam. Kəmiyyətin çox, keyfiyyətin aşağı olmasını istəmirəm. Bəzi futbolçuları ehtiyatda oturtmaq mənim üçün ağır olur. Amma bu uşaqlara da şans vermək lazımdır. Potensialları böyükdür. Üstünlük verdiyim cavanları da əsas komandaya cəlb edəcəyəm.

- Vaqif Cavadovun məsələsinə nöqtə qoyulub?

- Dekabrda klub prezidenti Zaur Axundovla söhbətimiz oldu. Transfer məsələlərində bütün səlahiyyət mənə verilib. Komandanı qurmaq üçün yeni futbolçular dəvət etməli, bəziləri getməli idi. Amma bu, o demək deyildi ki, yaramırdı. Şans verdik ki, başqa klubda daha çox oynamaq imkanı var. Bizdə qalsa, şansı olmayacaqdı. Yarım mövsüm ehtiyatda oturmaq və ikinci hissədə də eyni şeyi etmək yaxşı olmaz. Mənim tərəfimdən bu məsələyə son qoyulub. Digər işlərə, futbolçuların köhnə müqavilələrinə qarışmıram. Bu, Vaqif üçün də gedib hardasa oynamaq baxımından bir imkandır.

- Xidmətinə ehtiyac duymadığınız qapıçı Orxan Sadıqlı deyib ki, “Keşlə”də bəzi məşqçilər var, adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar. Bu barədə nə deyə bilərsiniz?

- Dünən mənə çatıb, bu barədə deyiblər. Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdir. Mənim işlədiyim komandada dini təriqət söhbəti və irqi ayrıseçkilik ola bilməz. Bu, qəbulolunmazdır. Hamımız ibadət edən insanlarıq. Yeri gələndə, başqa təriqətin insanları ilə ibadət edirəm. Hamı üçün Allah birdir. Hamı özü dərk etdiyi formada ibadət edir. O sözü deyən adam izahını da özü verməlidir. Mən baş məşqçi postuna gələndə komandada 3 qapıçı vardı " Kamran Ağayev, Davud Kərimi və Şahin Zəkiyev. Onlara üstünlük vermişəm və inanıram. Səhvlərimiz olsa da, güvənirəm. Mənə qədər nə olub, Orxan Sadıqlı komandadan necə və niyə gedib - bunu açıqlamıram. İstəmirəm onun gələcək karyerasına mənfi təsiri olsun. Ona yaxşı yol. İlk gündən Orxan Sadıqlı mənim siyahımda olmayıb.

- Fiziki hazırlıq üzrə məşqçiniz Aleksandr Karakliç komandanı tərk etdi. Onun yerinə başqa mütəxəssis götürəcəksiniz?

- Gözlənilməz gediş oldu. Dekabrın 30-da zəng vurub "Getmək istəyirəm, Çindən təklifim var" dedi. Bildirdi ki, ona buradakından 4-5 qat artıq maaş verirlər. Klub prezidenti ilə belə məsləhət oldu ki, yaya qədər fiziki hazırlığa özümüz baxaq. “Neftçi”də işləyəndə, komanda Avropa Liqasının qrupuna düşən vaxtı fiziki hazırlığa mən baxırdım. Bu işi bilirəm. Lazım olsa, yayda bu məsələyə baxılacaq.



Çap et | e-mail

     

2019-01-16  \"Liverpul\"un aparıcı üzvü sıradan çıxıb

2019-01-16  \"Qalatasaray\"dan Almaniya klubuna

2019-01-16  \"Qəbələ\" Almaniya klubuna məğlub oldu

2019-01-16  \"Qarabağ\"ın start heyəti - Almeyda 11-likdə

2019-01-16  Özil İspaniyaya qayıdır

2019-01-16  \"Çalışacağıq ki, Antalyada maksimum hazır olaq\" - Ayxan Abbasov

2019-01-16  \"Qalatasaray\" futblçusunu göndərdi

2019-01-16  \"Sumqayıt\"dan heç-heçə

2019-01-16  İtaliya Superkubokunun sahibi müəyyənləşir: \"Yuventus\" - \"Milan\"

2019-01-16  \"Səbail\" ilk sınağında qələbə qazandı

2019-01-16  \"Real\"ın qapıçısı İngiltərə klubunda

2019-01-16  “Neftçi” ilə adı hallanan futbolçu Rumıniya klubunda

2019-01-16  Azərbaycanlı hakim dünya çempionatının seçmə mərhələsinə təyinat aldı

2019-01-16  \"Sumqayıt\" iranlı hücumçu müqavilə bağladı

2019-01-16  \"Qalatasaray\" yeni transferi ilə müqavilə bağladı

2019-01-16  Nazarov üçün bir hissə

2019-01-16  Rüfət Dadaşov ən yaxşı transferlər sırasında

2019-01-16  \"Qarabağ\"ın Antalyada 10-cu günü

2019-01-16  Qriqorçuk \"Astana\"nı məşqə çıxardı

2019-01-15  Harri Keynin son durumu açıqlandı

Bütün xəbərlər
 
Bu gün
19:01  "Liverpul"un aparıcı üzvü sıradan çıxıb
18:47  "Qalatasaray"dan Almaniya klubuna
18:25  "Qəbələ" Almaniya klubuna məğlub oldu
17:19  "Qarabağ"ın start heyəti - Almeyda 11-likdə
17:03  Özil İspaniyaya qayıdır
16:38  "Çalışacağıq ki, Antalyada maksimum hazır olaq" - Ayxan Abbasov
16:18  "Qalatasaray" futblçusunu göndərdi
15:53  "Sumqayıt"dan heç-heçə
14:33  İtaliya Superkubokunun sahibi müəyyənləşir: "Yuventus" - "Milan"
14:16  "Səbail" ilk sınağında qələbə qazandı
13:50  "Real"ın qapıçısı İngiltərə klubunda
13:25  “Neftçi” ilə adı hallanan futbolçu Rumıniya klubunda
13:12  Azərbaycanlı hakim dünya çempionatının seçmə mərhələsinə təyinat aldı
12:53  "Sumqayıt" iranlı hücumçu müqavilə bağladı
12:36  "Qalatasaray" yeni transferi ilə müqavilə bağladı
12:10  Nazarov üçün bir hissə
11:41  Rüfət Dadaşov ən yaxşı transferlər sırasında
11:23  "Qarabağ"ın Antalyada 10-cu günü
10:53  Qriqorçuk "Astana"nı məşqə çıxardı
15 yanvar 2019
23:44  Harri Keynin son durumu açıqlandı
23:25  "Beşiktaş"dan İngiltərə klubuna - rəsmi
23:15  Oyun zamanı şimşək çaxaraq futbolçu huşunu itirib
23:00  Dünyanın ən bahalı futbolçuları müəyyənləşib
22:50  “Qəbələ”dən 3 hissəlik sınaq
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.