
"Yuventus"un yarımmüdafiəçisi Rodriqe Bentankur karyerasını İspaniyada davam etdirə bilər.
Olimpiya.az xəbər verir ki, futbolçu "Barselona"nın hədəfinə düşüb. Kataloniya klubu 21 yaşlı yarımmüdafiəçini heyətində görməkdə qərarladır. Transfer üçün 60 milyon avro təklif ediləcəyi gözlənilir. Keçidin vaxtı və danışıqlar barədə məlumat verilmir.