AZ | EN | RU


Futbol >>
"90 dəqiqə ərzində lazım olanları etməliyik" - Qurban Qurbanov
20 noyabr 2018   11:45

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Kosovo ilə səfər oyunuöncəsi mətbuat konfransı keçirib.

Olimpiya.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib qarşılaşmadır. İlk gündən bu rəqibə böyük hörmət bəsləyirəm. Futboçularının ustalıq səviyyəsi yüksəkdir. Ancaq komandama inanıram və hazırıq.

- Sizdən öncə Kosovonun baş məşqçisi Azərbaycanı favorit gördüyünü bildirdi. Özü də ilk turdan etibarən belə düşündüyünü söylədi. Bəs, siz necə fikirləşirsiniz?

- Rəqib məşqçiyə təşəkkür edirəm. Xatirinizdədirsə, mən də Kosovo yığması haqda yalnız xoş sözlər bildirmişdim. Bu gün bunu təkrarlamayacağam. Sabahkı matçda Kosovonun azarkeş sarıdan da, xal baxımından da üstün olduğunu bilirik. Farer adaları ilə görüşdən sonra da bura qələbə arxasınca gəldiyimizi demişdim. Ancaq mənim üçün ən önəmlisi futbolçuların xarakter göstərməsi, nəticə üçün ən düzgününü etmələridir. Bütün dediklərim alınsa, uğur tərəfimizdə olacaq. Hazırda elə bir fikrim yoxdur ki, deyim favorit Kosovodur, ya Azərbaycan.

- Millimiz cüt oyunlardan birincisini daha uğurlu keçirir. Bu dəfə necə, fiziki cəhətdən 2-ci oyuna gücünüz çatacaqmı?

- Ola bilər yorğunluq olsun. Ancaq bu barədə düşünmürük. Biz də, rəqib də eyni proqramla oynayıb. Amma bəzi amillər bizdə üstün olmalıdır ki, qalib gələk. Heç bir şey bizə mane olmamalıdır. 90 dəqiqə ərzində lazım olanları etməliyik.

- Rəqib nə qədər hücum edəcəyini bildirsə də, aydındır ki, Kosovo müdafiədə oturacaq. Millimizin bu cür müdafiə xəttini yarmaq potensialı varmı?

- Bu komanda hücumameylli oynayır. Üstəlik, evdə oynayacaqlar. Hər bir halda təcrübəli baş məşqçiləri var. Daha düzgün qərarı o, verə bilər. Əlbəttə, biz də hücumda oynamağa çalışacağıq. Əsas bizim hücumda oynamağımızdır. Nə qədər təzyiq göstərə bilsək, onlar bir o qədər müdafiədə oturacaqlar. Ancaq bir daha qeyd edirəm ki, Kosovonun hücum potensialı daha çoxdur.

- Son oyunda Kosovo səfərdə 5:0 qalib gəlib. Bildiyiniz kimi, sabah da anşlaq yaşanacaq. Meydan sahiblərinin hücumlarına qarşı hansı tədbirləri görmüsünüz?

- Bütün oyunlarda Kosovonun hücum potensialının şahidi olmuşuq. Həmişə futbolçularıma demişəm ki, hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. Sabahkı matçda müdafiədə daha diqqətli olmalıyıq. Hər bir halda, çalışmalıyıq ki, rəqibin hücumlarının sayı az olsun.

- Pavel Paşayevin vəziyyəti nə yerdədir? Ümumiyyətlə, zədədən başqa kim əziyyət çəkir?

- Pavellə bağlı son qərar sabah veriləcək. Kamran Ağayevin oynamayacağı isə əvvəlcədən bilinirdi. Qalan futbolçularda mikrozədələr olsa da, ciddi problem görmürəm. Bütün hallarda, məni zədələr yox, sabahkı görüş düşündürür. Çünki heyətdəki uşaqların hər birini əminliklə meydana buraxa bilərəm. Olduqca istəkli, həvəslidirlər.

- Farer adaları ilə oyundakıyla müqayisədə çoxmu dəyişiklik gözlənilir? Yeri gəlmişkən, Kamran Ağayev bu gün “CBC Sport”un efirində ağlayaraq, komandaya dəstək olduğunu və lazım olsa, bir ayaqla da qapını qorumağa hazır olduğunu bildirib..

- Düşündüyüm heyət bəllidi. Ancaq hələ vaxtımız var. Həkimlərlə də məsləhətləşəcəyik. Üstəlik, hələ 2 məşqimiz var. Kamran Ağayevi də yanımızda görmək istəyərdik. Efir vasitəsi ilə istəklərini göndərdiyi üçün təşəkkürümü bildirirəm. Hamımız bir kollektivik. Kamrana tezliklə zədəsini sağaltmağı arzulayıram.



Çap et | e-mail

     

2019-04-23  \"Qəbələ\" \"Qarabağ\"a belə qalib gəldi - VİDEO

2019-04-23  \"Çox istəyirdik qalib gələk, ancaq alınmadı\" - Qurban Qurbanov

2019-04-23  \"İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq\" - Sənan Qurbanov

2019-04-23  \"Qəbələ\" \"Qarabağ\"a qalib gəldi

2019-04-23  \"Milan\" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi

2019-04-23  Almaniya klubunda yeni baş məşqçi

2019-04-23  \"Mançester Siti\" rekord transferə hazırlaşır

2019-04-23  \"Qəbələ\" - \"Qarabağ\": start heyətlər açıqlandı

2019-04-23  Tərlan Əhmədovun cəzası açıqlandı

2019-04-23  Saşa Yunisoğlu döyülməsinə aydınlıq gətirdi

2019-04-23  \"Qarabağ\"ın futbolçusu turun ən yaxşısı seçildi

2019-04-23  25-ci turun rəmzi komandası

2019-04-23  AFFA klubları cərimələdi

2019-04-23  Premyer Liqamızda 26-cı turun hakim təyinatları

2019-04-23  Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir

2019-04-23  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2019-04-22  \"Spartak\" Ayaz Quliyevin cəriməsini xeyriyyə fonduna köçürdü

2019-04-22  Region Liqasında ilk finalçı müəyyənləşdi

2019-04-22  Marselodan ayrılıq iddialarına cavab

2019-04-22  Azərbaycan Kuboku: yarımfinalı 3 futbolçu buraxacaq

Bütün xəbərlər
 
23 aprel 2019
18:45  "Qəbələ" "Qarabağ"a belə qalib gəldi - VİDEO
18:31  "Çox istəyirdik qalib gələk, ancaq alınmadı" - Qurban Qurbanov
18:15  "İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq" - Sənan Qurbanov
17:54  "Qəbələ" "Qarabağ"a qalib gəldi
16:24  "Milan" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi
15:53  Almaniya klubunda yeni baş məşqçi
15:36  "Mançester Siti" rekord transferə hazırlaşır
15:14  "Qəbələ" - "Qarabağ": start heyətlər açıqlandı
14:44  Tərlan Əhmədovun cəzası açıqlandı
14:35  Saşa Yunisoğlu döyülməsinə aydınlıq gətirdi
14:26  "Qarabağ"ın futbolçusu turun ən yaxşısı seçildi
14:11  25-ci turun rəmzi komandası
13:55  AFFA klubları cərimələdi
13:37  Premyer Liqamızda 26-cı turun hakim təyinatları
13:15  Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir
12:48  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
22 aprel 2019
18:14  "Spartak" Ayaz Quliyevin cəriməsini xeyriyyə fonduna köçürdü
17:49  Region Liqasında ilk finalçı müəyyənləşdi
17:16  Marselodan ayrılıq iddialarına cavab
16:39  Azərbaycan Kuboku: yarımfinalı 3 futbolçu buraxacaq
16:11  Modriçin “Real”da yubiley matçı
15:46  Fərid Nəbiyev dubl etdi, komandası 6 qolla qalib gəldi
15:22  Braziliyada da çempion bəlli oldu
15:07  Mbappe tarixə düşdü
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.