AZ | EN | RU


Futbol >>
"Sportinq"in səfərdə "Arsenal"dan xal alması işləri bir az dəyişdi" - Rəşad Sadıqov
09 noyabr 2018   11:18

"Oyundan öncə özümüzü hazırlamışdıq ki, matç gərgin keçəcək. Dünən axşamkı məşqdə də meydançanın donduğunu gördük. Ona görə də buna hazır idik. Rəqib də evdə oynayırdı deyə bilirdik ki, daha istəkli və aqressiv olacaqlar. Düşünürəm ki, fərqli və maraqlı oyun oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm, yaxşı çıxış etdilər. Meydançanın hər qarışı uğrunda mübarizə apardılar. Bunun da sonunda yaxşı nəticə əldə etdik".

Olimpiya.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin  turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

- Bu gün müdafiənin mərkəzində Yakub Jezniçak ilə tandeminiz yaxşı alındı. Bu barədə nə deyə bilərsiniz?

- Biz əvvəllər də bir neçə oyunda birlikdə oynamışdıq. Bədavi Hüseynov zədəli olanda, "Atletiko" və elə "Vorskla" ilə ev oyununda da birlikdə oynadıq. Komandada stoper mövqeyində rəqabət güclüdür. Baş məşqçi Qurban Qurbanov da rotasiyalar edir və kimə şans verirsə meydana çıxıb əlindən gələni etməyə çalışır.

- Meydanın donması və sürüşkən olması oyununuza necə təsir etdi?

- Topa nəzarət etmək biraz çətinləşdi. Amma bu oyunun sürətli olmasına da şərait yaratdı. Çox sayda ikili mübarizələr olurdu. Düşünürəm ki, maraqlı oyun oldu.

- Qrupdan çıxmaqla bağlı şanslarınız necədir?

- "Sportinq"in səfərdə "Arsenal"dan xal alması işləri bir az dəyişdi. Düzdür şanslarımız elə də çox deyildi, amma indi daha da çətindir. Biz də "Sportinq"lə evdə oynayırıq yaxşı nəticə qazanmağa çalışacağıq.

- Bu gün Avroliqalardakı 99-cu görüşünüzü keçirdiniz. 100-cü görüş "Sportinq"ə qarşı ola bilər. Bu oyun sizin üçün nə qədər xüsusi olacaq?

- Mənim üçün ən önəmlisi o olardı ki, "Qarabağ" daha bir tarix yazsın və "Sportinq" kimi komandadan xal və xallar alsın. Əsas önəmli olan budur.



Çap et | e-mail

     

2018-11-20  Kosovo - Azərbaycan: start heyətlər

2018-11-20  \"Real\"dan qapıçısına yeni müqavilə

2018-11-20  \"Milan\"dan İbrahimoviç açıqlaması

2018-11-20  Milli komandamızın məşqçisi qələbədən danışdı

2018-11-20  “Sumqayıt” “Zirə” ilə oyunun hazırlıqlarına başladı

2018-11-20  U-19 millimizdən qələbə 

2018-11-20  Ruslan Abışov məşqlərə başladı

2018-11-20  Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

2018-11-20  “Beşiktaş” klubunda ciddi itki " derbini buraxacaq

2018-11-20  \"Bavariya\"dan rekord gəlir - 657 milyon avro

2018-11-20  “Fənərbaxça” AFFA-nın sponsoruyla razılaşdı

2018-11-20  \"Milan\" İbrahimoviçin agenti ilə görüşdü

2018-11-20  Çeferindən Superliqa açıqlaması: \"Bu, kimlərinsə uydurmasıdır\"

2018-11-20  PSJ-li futbolçu \"Barselona\"da oynamaq istəyir

2018-11-20  \"Millətlər Liqasının qalibi olmaq istərdik\"

2018-11-20  Müller 100-ə çatdı

2018-11-20  U-19 millimiz qrupda son oyununa çıxır

2018-11-20  Millimizin pley-offdakı potensial rəqibi bilindi

2018-11-20  Poqba \"Yuventus\"a keçir?

2018-11-20  \"Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır\" - Elxan Məmmədov

Bütün xəbərlər
 
20 noyabr 2018
22:32  Kosovo - Azərbaycan: start heyətlər
22:01  "Real"dan qapıçısına yeni müqavilə
21:46  "Milan"dan İbrahimoviç açıqlaması
21:22  Milli komandamızın məşqçisi qələbədən danışdı
19:10  “Sumqayıt” “Zirə” ilə oyunun hazırlıqlarına başladı
18:55  U-19 millimizdən qələbə 
18:35  Ruslan Abışov məşqlərə başladı
18:21  Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
18:07  “Beşiktaş” klubunda ciddi itki " derbini buraxacaq
17:50  "Bavariya"dan rekord gəlir - 657 milyon avro
17:36  “Fənərbaxça” AFFA-nın sponsoruyla razılaşdı
17:13  "Milan" İbrahimoviçin agenti ilə görüşdü
16:50  Çeferindən Superliqa açıqlaması: "Bu, kimlərinsə uydurmasıdır"
14:51  PSJ-li futbolçu "Barselona"da oynamaq istəyir
14:33  "Millətlər Liqasının qalibi olmaq istərdik"
14:15  Müller 100-ə çatdı
13:50  U-19 millimiz qrupda son oyununa çıxır
13:31  Millimizin pley-offdakı potensial rəqibi bilindi
13:16  Poqba "Yuventus"a keçir?
13:06  "Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır" - Elxan Məmmədov
12:56  Hollandiyanın mərhələ adladan heç-heçəsi - VİDEO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:33  Birinci divizionda hakim təyinatları açıqladı
12:16  "Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil" - Lukaşenko
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.