AZ | EN | RU


Karate >>
Karate üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
02 noyabr 2018   15:00

Noybarın 6-da İspaniyanın paytaxtı Madriddə start götürəcək karate üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Olimpiya.az-ın verdiyi məlumata görə, 6 gün davam edəcək mundilada ölkəni 20 idmançı təmsil edəcək. 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilər kişi və qadınların komanda kumite yarışında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaqlar.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (60 kq) Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib.

Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa, Sahib Əhədov 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatında qüvvəsini sınayacaq.

Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən, böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında milli komandanı müşayiət edəcəklər.

Noyabrın 3-də İspaniyanın paytaxtına yola düşəcək heyət 10 gün sonra Bakıya dönəcək.

Qeyd edək ki, karate üzrə XXIV dünya çempionatında rekord sayda - 140 ölkədən 1147 idmançı iştirak edəcək. İki ildən bir keçirilən yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.



Çap et | e-mail

     

2018-07-17  Millimiz \"Turkish Open\"də 9 medal qazanıb

2017-08-14  Karateçilərimiz İranda 13 medal qazandılar

2017-08-11  Milli komandamızın üzvləri İrana yollanırlar

2017-06-14  Brüs Linin real döyüşünün yeganə videosu yayılıb - VİDEO

2017-05-25  Karateçilərimizin şərəfinə verilən ziyafətdə ölüm - FOTO

2017-05-24  İslam Oyunlarının qalibinə 4500 manat mükafat verdilər

2017-04-17  Rafael Ağayev Mərakeşdə çempion oldu

2017-03-06  Azərbaycan karateçiləri \"Bosfor\" turnirində 19 medal qazanıblar

2017-01-30  Azərbaycan karateçisi Fransada gümüş medal qazanıb

2016-11-28  Azərbaycan yığmasına Çexiyadan legioner cəlb olunub - FOTO

2016-10-30  Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

2016-10-29  Azərbaycan karateçiləri dünya çempionatında medal qazana biləcəklərmi?

2016-10-27  Rafael Ağayev erməniyə belə qalib gəldi - VİDEO

2016-10-27  İki idmançımız dünya çempionatının finalında

2016-09-05  Karateçilərimiz İstanbulda 8 medal qazandılar

2016-08-08  Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazanıb

2016-08-04  Karate də olimpiya idman növü oldu

2016-06-10  Karateçilərimizdən möhtəşəm uğur

2016-06-03  \"Neftçi İdman Klubu\"nun üzvləri Tbilisidən 6 medalla döndülər

2016-05-17  Karateçilərimiz Avropa çempionatında 5 medal qazandı

Bütün xəbərlər
 
20 noyabr 2018
22:32  Kosovo - Azərbaycan: start heyətlər
22:01  "Real"dan qapıçısına yeni müqavilə
21:46  "Milan"dan İbrahimoviç açıqlaması
21:22  Milli komandamızın məşqçisi qələbədən danışdı
19:10  “Sumqayıt” “Zirə” ilə oyunun hazırlıqlarına başladı
18:55  U-19 millimizdən qələbə 
18:35  Ruslan Abışov məşqlərə başladı
18:21  Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
18:07  “Beşiktaş” klubunda ciddi itki " derbini buraxacaq
17:50  "Bavariya"dan rekord gəlir - 657 milyon avro
17:36  “Fənərbaxça” AFFA-nın sponsoruyla razılaşdı
17:13  "Milan" İbrahimoviçin agenti ilə görüşdü
16:50  Çeferindən Superliqa açıqlaması: "Bu, kimlərinsə uydurmasıdır"
14:51  PSJ-li futbolçu "Barselona"da oynamaq istəyir
14:33  "Millətlər Liqasının qalibi olmaq istərdik"
14:15  Müller 100-ə çatdı
13:50  U-19 millimiz qrupda son oyununa çıxır
13:31  Millimizin pley-offdakı potensial rəqibi bilindi
13:16  Poqba "Yuventus"a keçir?
13:06  "Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır" - Elxan Məmmədov
12:56  Hollandiyanın mərhələ adladan heç-heçəsi - VİDEO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:33  Birinci divizionda hakim təyinatları açıqladı
12:16  "Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil" - Lukaşenko
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.