AZ | EN | RU


Futbol >>
"Vorskla"nı məğlub edib, ilk xalımızı qazanmağa çalışacağıq" - Maksim Medvedev
21 oktyabr 2018   10:21

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqasının VIII turunda doğma meydanda "Səbail"ə 1-0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

Olimpiya.az xəbər verir ki, təcrübəli müdafiəçi öncə oyun barədə danışıb:

Futbolçular üçün çox çətin oldu. Çünki uzun müddətdir bir yerdə deyildik, bəzi oyunçular milli komandaların düşərgəsində idi, bəziləri isə zədəli idilər. Uzun müddətdən sonra bir araya gəldik. Hiss olunurdu ki, anlaşma çox zəif idi. Xeyli şanslarımız oldu. Təəssüf ki, 1 qol vurduq, amma çox vura bilərdik. Rəqib çox yaxşı müdafiə olundu. Çalışırdılar ki, qol buraxmasınlar. Belə müdafiəni qırmağa və qol vurmağa "Qarabağ"ın təcrübəsi çatır.

- Qol vurmağa üstünlük vermirdiniz. Özünüzü "Vorskla" ilə oyuna saxlayırsınız?

- Həqiqətən çətin oyun alındı. Qeyd etdiyim kimi, rəqib müdafiə olunurdu, biz isə hücum edirdik.

- Sıx qrafikdə oynayırsınız. Həm milli komanda, həm avrokuboklar, həm də daxili çempionat. Ağırlıq olduğunu oyunun neçənci dəqiqəsində hiss etdiniz?

- İlk hissənin sonuna 5 dəqiqə qalmış yorğunluq olur. Buna baxmayaraq, rəqibin futbolçuları bizdən daha yorğun idilər. Ola bilər ki, biz tempi tutmuşuq və gedirik. Amma rəqib yalnız Azərbaycan çempionatında mübarizə aparır, ona görə də həmin tempi davam etdirə bilmir. Bundan sonra isə "Qarabağ" baxımlı futbol sərgiləməyə başlayır. 

- Çempionatdakı əsas rəqibiniz "Neftçi" bu gün məğlubiyyətlə üzləşib. Bu, komandaya necə təsir etdi?

- Düzü, uşaqların çoxunun nəticədən xəbəri yox idi. Biz soyunub-geyinmə otağına daxil olanda "Qəbələ" öndə idi, sonrasından xəbərimiz olmadı. Çalışırıq ki, məlumat soyunub-geyinmə otağına daxil olmasın. Çünki uşaqlara təsir edə bilər.  Oyundan sonra bildik ki, "Qəbələ" qələbə qazanıb. 

- "Qarabağ"ın oyunçuları təzyiq altındadırlar. Mahir Mədətov azarkeşlər tərəfindən fitə basılır, ötən günlərdə isə Hannes avtomobil qəzası keçirib. Bu hadisələr komandaya necə təsir edir?

- Heç kimə təsir etmir. Hadisədir, baş verib. Hannes uşaq deyil, belə vəziyyətdə özünü idarə etməyi bacarır. Klubun işçiləri onun yanındadırlar, kömək edirlər. İstəməzdik ki, belə hadisə baş versin, amma olub. Həmin hadisəni artıq unutmaq lazımdır. 

- Avropa Liqasınını qrupunda keçirdiyiniz hər oyunda məğlub olmusunuz. Bundan sonra məqsədiniz nədir?

- İki məğlubiyyətdən sonra komandada vəziyyət yaxşı deyil. "Vorskla"nı məğlub etməyə, ilk xalımızı qazanmağa çalışacağıq. Bizim üçün önəmli oyun olacaq. Nəsə əldə etmək istəyiriksə, hər şeyimizi meydanda qoymalıyıq.



Çap et | e-mail

     

2019-04-24  Paşayev oynadı, komandası qalib gəldi

2019-04-24  Millimizin üzvü üçün 5-ci baş məşqçi

2019-04-24  \"Ayaks\" Hollandiyada rekorda imza atıb

2019-04-24  FIFA-dan 7 futbolçuya ömürlük cəza

2019-04-24  Kubokun cavab oyunlarının saatı bəlli oldu

2019-04-24  \"Sabah\" rəhbərliyi komandanın çıxışına qiymət verdi

2019-04-24  \"Old Trafford\" adlı qorxumuz yoxdur\" - Pep Qvardiola

2019-04-24  Penaltini qaçıran futbolçunu klubu qovdu - VİDEO

2019-04-24  \"Qəbələ\" Monrozu, \"Qarabağ\" Medvedevi itirdi

2019-04-24  \"Slaviya”nın əsas komandasında oynamağa tam hazıram\" - Fərid Nəbiyev

2019-04-24  “Mançester Siti”də ciddi itki

2019-04-24  Koutinyo \"Yuventus\"a keçir?

2019-04-24  Almaniya Kubokunda ilk finalçı müəyyənləşdi

2019-04-24  Premyer Liqada yeni rekord: 7-ci saniyədə qol vurdu - VİDEO

2019-04-24  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2019-04-23  \"Qəbələ\" \"Qarabağ\"a belə qalib gəldi - VİDEO

2019-04-23  \"Çox istəyirdik qalib gələk, ancaq alınmadı\" - Qurban Qurbanov

2019-04-23  \"İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq\" - Sənan Qurbanov

2019-04-23  \"Qəbələ\" \"Qarabağ\"a qalib gəldi

2019-04-23  \"Milan\" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi

Bütün xəbərlər
 
24 aprel 2019
21:06  Paşayev oynadı, komandası qalib gəldi
20:31  Millimizin üzvü üçün 5-ci baş məşqçi
20:13  "Ayaks" Hollandiyada rekorda imza atıb
19:46  FIFA-dan 7 futbolçuya ömürlük cəza
19:14  Kubokun cavab oyunlarının saatı bəlli oldu
14:10  "Sabah" rəhbərliyi komandanın çıxışına qiymət verdi
13:18  "Old Trafford" adlı qorxumuz yoxdur" - Pep Qvardiola
12:35  Penaltini qaçıran futbolçunu klubu qovdu - VİDEO
12:10  "Qəbələ" Monrozu, "Qarabağ" Medvedevi itirdi
11:38  "Slaviya”nın əsas komandasında oynamağa tam hazıram" - Fərid Nəbiyev
11:16  “Mançester Siti”də ciddi itki
10:53  Koutinyo "Yuventus"a keçir?
10:36  Almaniya Kubokunda ilk finalçı müəyyənləşdi
10:14  Premyer Liqada yeni rekord: 7-ci saniyədə qol vurdu - VİDEO
09:30  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
23 aprel 2019
18:45  "Qəbələ" "Qarabağ"a belə qalib gəldi - VİDEO
18:31  "Çox istəyirdik qalib gələk, ancaq alınmadı" - Qurban Qurbanov
18:15  "İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq" - Sənan Qurbanov
17:54  "Qəbələ" "Qarabağ"a qalib gəldi
16:24  "Milan" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi
15:53  Almaniya klubunda yeni baş məşqçi
15:36  "Mançester Siti" rekord transferə hazırlaşır
15:14  "Qəbələ" - "Qarabağ": start heyətlər açıqlandı
14:44  Tərlan Əhmədovun cəzası açıqlandı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.