AZ | EN | RU


Olimpizm >>
Azərbaycanın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yekun mövqeyi müəyyənləşib
20 oktyabr 2018   00:08

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub.

Olimpiya.az xəbər verir ki, oktyabrın 6-da start götürən olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə bu günə təsadüf edib. Mərasimdə Azərbaycanın bayraqdarı cüdo üzrə olimpiya çempionu Vüqar Talıbov olub.

Azərbaycan milli komandasının heyətində Argentinaya yollanan 17 idmançıdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.

Bu nəticə ilə Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub. Olimpiadanın qalibi isə 29 qızıl, 18 gümüş və 12 bürünc medalla Rusiya yığması olub. Yaponiya 15 qızıl, 12 gümüş və eyni sayda bürünc medalla 2-ci pillədə qərarlaşıb. Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandası isə 13 dəst medalla 3-cü olub.

Qeyd edək ki, Azərbaycan idmançıları “Sinqapur-2010” olimpiadasında 8 (5 qızıl, 3 gümüş), “Nankin-2014”də 12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar. Yığma ilk olimpiadanı 204 ölkə arasında 11-ci, ikincisini isə 203 ölkə arasında 10-cu yerdə başa vurub.



Çap et | e-mail

     

2018-10-22  Olimpiadada iştirak etmiş Azərbaycan idmançıları Bakıya qayıdıblar

2018-10-18  Azərbaycan idmançıları Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub

2018-10-15  Turan Bayramov olimpiya çempionu oldu

2018-10-13  Atletimiz Olimpiadada gümüş medal qazandı

2018-10-10  2026-cı ildə Qış Olimpiya Oyunlarını keçirməyə namizəd şəhərlərin adları açıqlandı

2018-10-09  Yeniyetmələrin IV Yay Olimpiya Oyunları hansı ölkədə keçiriləcək?

2018-08-08  Keniyalı dünya çempionu vəfat edib

2018-07-30  Olimpiya çempionunun cəsədi tapıldı

2018-07-21  \"Bakı 2019\" Avropa Gənclər Olimpiya Festivalının yeni loqosu təqdim edilib - FOTO

2017-06-23  İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

2017-06-09  İdmançısında dopinq tapılan federasiyanın pulu kəsiləcək

2017-06-09  Yay Olimpiya Oyunlarından imtina edirlər

2017-06-08  Sadıq Sadıqov: \"İnsan hər şeydən əvvəl öz işini sevməli, ürəyini qoymalıdır\"

2017-06-05  Çingiz Hüseynzadə: “IV İslam Həmrəyliyi Oyunları İslamın mütərəqqi ideyalarını paytaxtımızdan bütün bəşəriyyətə çatdıra bildi”

2017-06-02  \"Azərbaycanın Olimpiada keçirmək potensialı var\"

2017-06-01  Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı

2017-05-28  İrland mükafatçıları Rio Olimpiadasının medallarını geri qaytarıblar

2017-05-26  İslam Oyunlarında nə qədər dopinq-test götürülüb?

2017-05-26  Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı seçildi

2017-05-25  2019-cu il Avropa Oyunlarının tarixi və idman növlərinin siyahısı açıqlanıb

Bütün xəbərlər
 
25 mart 2019
23:45  Türkiyə Moldovanı darmadağın etdi - VİDEO
23:17  "Bütün rəqiblər bizdən birbaş üstündür" - Təmkin Xəlilzadə
22:48  "Bunu məndən yox, Qurban Qurbanovdan soruşun" - Eddi İsrafilov
22:34  "Ümumi götürdükdə rəqibdən güclü idik" - Yurçeviç
19:52  Millimiz Litvayla heç-heçə etdi - YENİLƏNİB
19:25  "Qəbələ" "Sumqayıt"ı məğlub etdi
17:23  Azərbaycan - Litva: start heyətlər
16:36  "Qarabağ"da ciddi itki
16:20  Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşib
15:45  "Qarabağ" "Zirə"yə belə qalib gəldi - VİDEO
14:33  "Azərbaycanı uda bilməsək, bu qələbənin heç bir önəmi qalmayacaq" - Baş məşqçi
12:06  "İlk xəbərdarlığı Azərbaycanla oyunda almışdıq" - Modriç
11:52  Hollandiya - Almaniya matçında 5 qol - VİDEO
11:36  "Bütün rəqiblər bizə qarşı güclərini 200 faiz qoyurlar" - Zlatko Daliç
11:16  AÇ-2020-nin maskotu təqdim olundu
10:28  Əliyar Ağayevdən 5 sarı vərəqə
24 mart 2019
21:35  "Litva yaxşı komandadır, ancaq favorit bizik" - Ramil Şeydayev
21:03  "Litva yaxşı komandadır, amma Xorvatiya deyil" - Yurçeviç
09:45  "Keşlə" divizion klubuna qalib gəldi
09:30  İtaliya seçmə mərhələyə qələbə ilə başladı - VİDEO
09:08  AÇ-2020-də 2-ci tura start verilir
08:14  Ramos İspaniyaya qələbə qazandırdı - VİDEO
23 mart 2019
22:46  İngiltərə millisində itki
22:24  Esyen "Səbail"də ilk oyununa çıxdı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.