AZ | EN | RU


Olimpizm >>
Atletimiz Olimpiadada gümüş medal qazandı
13 oktyabr 2018   15:16

Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı davam edir.

Olimpiya.az xəbər verir ki, ötən gecə oğlanların yarışında 85 kq çəki dərəcəsində Tarmenxan Babayev körpücük üzərinə çıxıb. Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. “Təhsil” İdman Mərkəzinin nümayəndəsidi. Şəxsi məşqçisi Şəfi Hüseynovdu. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudu. Atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub. Tarmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə 2-ci yeri tutub. Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tarmenxan Babayev Yeniyetmələrin Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Yarışdan sonra bu uğurun memarları hisslərini bölüşüblər. İlk olaraq baş məşqçi Asif Məmmədov fikirlərini bildirib: “Bütün ağır atletləri, Azərbaycan ağır atletika məktəbini, idmançılarımızı, məşqçilərimizi təbrik edirəm. Bu yarışda iki idmançı ilə təmsil olunurduq: Lalə Rzazadə və Tarmenxan Babayev. Bu yarış dünya və Avropa birinciliklərindən gücünə görə fərqlənir. İdmançı sayının az olmasına baxmayaraq, Olimpiadanın ab-havası çox ağır olur. Yeniyetmələrin yarışı olsa da, böyüklər arasında keçirilən analoji turnirdən heç bir fərqi yoxdu. Yalnız idmançıların yaşı azdır, başqa heç nə. Rəqiblərimiz də güclü idi, italyan, yunan və digərləri… Buna baxmayaraq, biz qızıl medala köklənmişdik. Yarışın gedişatında istiqamətimiz, hədəfimiz məhz bu idi. Təəssüf ki, əvvəllər nümayiş etdirdiyimiz nəticəni təkrarlaya, yaxşılaşdıra bilmədik və ikinci olduq. Çempion da ola bilərdik.

Olimpiya Oyunları kimi belə böyük, belə mötəbər yarışda gümüş medal qazanmaq əla nəticədir. Çox şükürlər olsun ki, əziyyətimiz boşa getmədi. İnşallah, Tarmenxan gələcək yarışlarda da uğur qazanar, ölkəmiz üçün daha yaxşı nəticələr əldə edər. Bir daha bütün ağır atletikasevərləri, rəhbər və məşqçi heyəti, ağır atletika ailəsinin bütün digər üzvlərini təbrik edirəm”.

 

 

 

 



Çap et | e-mail

     

2018-10-22  Olimpiadada iştirak etmiş Azərbaycan idmançıları Bakıya qayıdıblar

2018-10-20  Azərbaycanın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yekun mövqeyi müəyyənləşib

2018-10-18  Azərbaycan idmançıları Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub

2018-10-15  Turan Bayramov olimpiya çempionu oldu

2018-10-10  2026-cı ildə Qış Olimpiya Oyunlarını keçirməyə namizəd şəhərlərin adları açıqlandı

2018-10-09  Yeniyetmələrin IV Yay Olimpiya Oyunları hansı ölkədə keçiriləcək?

2018-08-08  Keniyalı dünya çempionu vəfat edib

2018-07-30  Olimpiya çempionunun cəsədi tapıldı

2018-07-21  \"Bakı 2019\" Avropa Gənclər Olimpiya Festivalının yeni loqosu təqdim edilib - FOTO

2017-06-23  İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

2017-06-09  İdmançısında dopinq tapılan federasiyanın pulu kəsiləcək

2017-06-09  Yay Olimpiya Oyunlarından imtina edirlər

2017-06-08  Sadıq Sadıqov: \"İnsan hər şeydən əvvəl öz işini sevməli, ürəyini qoymalıdır\"

2017-06-05  Çingiz Hüseynzadə: “IV İslam Həmrəyliyi Oyunları İslamın mütərəqqi ideyalarını paytaxtımızdan bütün bəşəriyyətə çatdıra bildi”

2017-06-02  \"Azərbaycanın Olimpiada keçirmək potensialı var\"

2017-06-01  Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı

2017-05-28  İrland mükafatçıları Rio Olimpiadasının medallarını geri qaytarıblar

2017-05-26  İslam Oyunlarında nə qədər dopinq-test götürülüb?

2017-05-26  Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı seçildi

2017-05-25  2019-cu il Avropa Oyunlarının tarixi və idman növlərinin siyahısı açıqlanıb

Bütün xəbərlər
 
20 noyabr 2018
22:32  Kosovo - Azərbaycan: start heyətlər
22:01  "Real"dan qapıçısına yeni müqavilə
21:46  "Milan"dan İbrahimoviç açıqlaması
21:22  Milli komandamızın məşqçisi qələbədən danışdı
19:10  “Sumqayıt” “Zirə” ilə oyunun hazırlıqlarına başladı
18:55  U-19 millimizdən qələbə 
18:35  Ruslan Abışov məşqlərə başladı
18:21  Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
18:07  “Beşiktaş” klubunda ciddi itki " derbini buraxacaq
17:50  "Bavariya"dan rekord gəlir - 657 milyon avro
17:36  “Fənərbaxça” AFFA-nın sponsoruyla razılaşdı
17:13  "Milan" İbrahimoviçin agenti ilə görüşdü
16:50  Çeferindən Superliqa açıqlaması: "Bu, kimlərinsə uydurmasıdır"
14:51  PSJ-li futbolçu "Barselona"da oynamaq istəyir
14:33  "Millətlər Liqasının qalibi olmaq istərdik"
14:15  Müller 100-ə çatdı
13:50  U-19 millimiz qrupda son oyununa çıxır
13:31  Millimizin pley-offdakı potensial rəqibi bilindi
13:16  Poqba "Yuventus"a keçir?
13:06  "Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır" - Elxan Məmmədov
12:56  Hollandiyanın mərhələ adladan heç-heçəsi - VİDEO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:33  Birinci divizionda hakim təyinatları açıqladı
12:16  "Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil" - Lukaşenko
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.