AZ | EN | RU


Futbol >>
"Bu gün asan komandanın ümumiyyətlə olmadığını bir daha göstərdik" - Qurban Qurbanov
12 oktyabr 2018   01:14

"Futbolçularımı təbrik edirəm. Bu, bizim üçün çox vacib qələbə idi. Dünən mətbuat konfransında qeyd etmişdim ki, heç bir çətinlik barədə düşünmürəm. Amma bu gün çətinlik həddən artıq çox oldu. Meydan və düşdüyümüz situasiyanı deyərdim. Buna baxmayaraq, futbolçular lazım olan xarakteri geri qaytardı. 3 gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq".
 
Olimpiya.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Bugünkü nəticələrdən sonra əsas mübarizənin Azərbaycanla Kosovo arasında gedəcəyini düşünmək olar?

- Qətiyyən deməzdim. Bu gün asan komandanın ümumiyyətlə olmadığını bir daha göstərdik. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Farer adaları meydanda nə etdiklərini yaxşı bilir. Malta Kosovo ilə oyunda 1:1 hesablı heç-heçə etdiyi vaxt qırmızı vərəqə alıb və bundan sonra uduzub. Qrupdakı istənilən komanda qələbəyə qadirdir.
 
- Rahil Məmmədovu start heyətdə buraxarkən, bunu riskli addım saymadınız?

- Səbəblər çox idi. Standart vəziyyətlərdə və uzun toplarda rəqib həddən artıq təhlükəli idi. Digər tərəfdən, Rahili qazanmaq istəyirik. Onun potensialı böyükdür. Bu gün oynamağa layiq idi. Bəlkə riskli addım idi, amma ona güvənərək meydana buraxdım. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə də belə addımlar atmalı, yeni oyunçuları düşünmədən meydana buraxmalıyıq.
 
- İlk 15-20 dəqiqə Azərbaycan yığması üçün ağır keçdi. Bu, rəqibin erkən qol istəyi idi, yoxsa düşünülmüş plan?

- Biz də oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar. Bizdə isə texniki səhvlər çox oldu. Rəqib özü də ilk dəqiqələrdən qol vurmaq istədiyini bildirmişdi. Biz isə tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq.
 
- Rüfət Dadaşov rəhbərliyiniz altında ilk matçına çıxdı. Oyunundan nə dərəcədə razı qaldınız?

- Rüfəti əsas heyətdə buraxmaqda bir qədər risk etdim. Çünki son çempionat oyunundan bir həftə əvvəl səhhətində problem yaranmışdı. Bununla belə, baş məşqçisi meydanda 90 dəqiqə saxlamışdı. Lakin məşqlərdə özünü pis hiss etmədiyini və oyunçularla anlaşmasının yaxşı olduğunu gördüm. Bugünkü çıxışından da razı qaldım. Lakin bu, onun hələ optimal forması deyil. Düşünürəm ki, gələcəkdə özü də işini sevə-sevə yerinə yetirəcək.



Çap et | e-mail

     

2019-05-25  \"Napoli\" \"Real\"ın təklifini rədd etdi

2019-05-25  \"Yuventus\"da yeni müqavilə

2019-05-25  \"Ayntraxt\"dan Luka Yoviç açıqlaması

2019-05-25  \"Arsenal\" Bakıya yola düşdü

2019-05-25  Lukaku \"İnter\"in hədəfində

2019-05-25  Bundesliqada mövsümün rəmzi komandası

2019-05-25  PSJ Tuxellə müqaviləni uzatdı

2019-05-25  \"Olimpik\" (Lion)-da ayrılıq

2019-05-25  Mirabdulla Abbasov Polşa klubunun transfer hədəfində

2019-05-25  Şenol Günəş “Beşiktaş”dan ayrıldı

2019-05-25  Avstraliyalı futbolçu Super liqa klubunda

2019-05-25  \"Qarabağ\"ın Çempionlar Liqasında bütün potensial rəqibləri

2019-05-25  Messi altıncı dəfə \"Qızıl buts\"un sahibi oldu

2019-05-25  UEFA prezidentindən Mxitaryan açıqlaması

2019-05-24  Türkiyə millisinin heyəti açıqlandı

2019-05-24  “Sabah”da yeni məşqçi təyinatları

2019-05-24  Ramos \"Real\"dan ayrıla bilər

2019-05-24  Arsen Venger geri dönür

2019-05-24  \"Bakıda \"Arsenal\"ın üzərində daha çox təzyiq olacaq\" - Mourinyo

2019-05-24  Runi məşqçiliyə başlayır

Bütün xəbərlər
 
Bu gün
19:15  "Napoli" "Real"ın təklifini rədd etdi
18:41  "Yuventus"da yeni müqavilə
18:10  "Ayntraxt"dan Luka Yoviç açıqlaması
17:44  "Arsenal" Bakıya yola düşdü
17:12  Lukaku "İnter"in hədəfində
16:29  Bundesliqada mövsümün rəmzi komandası
15:56  Azərbaycan cüdoçusu Çində qızıl medal qazanıb
15:31  PSJ Tuxellə müqaviləni uzatdı
14:43  "Olimpik" (Lion)-da ayrılıq
14:17  Mirabdulla Abbasov Polşa klubunun transfer hədəfində
13:52  Şenol Günəş “Beşiktaş”dan ayrıldı
13:35  Avstraliyalı futbolçu Super liqa klubunda
13:17  "Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri
12:53  Messi altıncı dəfə "Qızıl buts"un sahibi oldu
12:31  UEFA prezidentindən Mxitaryan açıqlaması
24 may 2019
18:35  Türkiyə millisinin heyəti açıqlandı
18:13  “Sabah”da yeni məşqçi təyinatları
17:26  Ramos "Real"dan ayrıla bilər
17:08  Arsen Venger geri dönür
16:42  "Bakıda "Arsenal"ın üzərində daha çox təzyiq olacaq" - Mourinyo
16:27  Runi məşqçiliyə başlayır
16:00  "Bakı finalını qaçırmayın" - Luiş Fiqo
15:32  Tuxeldən Neymar və Mbappe açıqlaması
15:17  "Liverpul" ÇL-nın finalı üçün biletlərin bölüşdürülməsindən narazıdır
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.